Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan) (foto-resept)

09 Mart 2016
3 066
1
Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)
Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Qarabağ kətəsi

Tərkibi:

xəmir üçün:
1,5 x.q. quru maya
0,5 l su
1 st. bitki yağı
6 x.q. şəkər
2 yumurta
1 kq un
1 ç.q. duz

iç üçün:
2 st. un
150 qr şəkər pudrası
150 qr kərə yağı
1 paket vanil

üzəri üçün:
1 yumurta
1 x.q. süd
küncüt


Hazırlanması:

Əvvəlcə içi hazırlayın. Bunun üçün xüsusi qarışdırma maşını varsa, daha yaxşıdır, yoxdursa, ərzaqları dədə-baba üsulu ilə - əllə qarışdırın. Bir qaba un, şəkər pudrası qoyun, onlara kub şəklində kəsilmiş yağ və vanil əlavə edib qarışdırın.

Xəmir üçün: unu bir qaba ələyin, duz səpin, ortasını çalalayın, şəkərlə qarışdırılmış maya tökün, yavaş-yavaş ilıq su və un əlavə edərək qarışdırın. Qabdakı un qarışımının üzərini plastik bir qapaqla örtün və bir az saxlayın. Maya gəldikdən sonra yoğurma mərhələsinə keçmək olar.

Başqa bir qabda şəkər, yağ və yumurtanı çalın. Bu kütləni un qarışımına əlavə edib əvvəlcə taxta qaşıqla qarışdırın, sonra masanın üzərinə un tökün, xəmiri orada yoğurmağa davam edin. Hazır xəmir elastik olmalı, ələ yapışmamalıdır. Onu yenidən qaba qoyub üzərinə bitki yağı çəkin. Üstünü plastik qapaqla örtüb 1-1,5 saat müddətinə isti yerə qoyun.

Gəlmiş xəmirdən azca yağlanmış masa üzərində kündələr hazırlayın.

Hər bir kündədən 10-12 sm diametrdə yuxa açın. Diqqət etmək lazımdır ki, yuxaların ortası qalın, kənarları isə incə olsun. Yuxaların içərisinə 2 x.q. iç qoyun. Yuxanın kənarlarını mərkəzə doğru bükün. Ona yuvarlaq forma verib, bükülü hissəsini aşağıya doğru çevirin.

Qarabağ kətəsi xəmirinin üstünü bir neçə yerdən çəngəllə dəlin ki, içərisində hava qalmasın. Sonra kətəni oxlovla bir istiqamətdə ehtiyatla yayın. Yenə üzərini çəngəllə bir neçə yerdən dəlin.
Soba sinisinə kətələri məsafəli şəkildə qoyun, dəsmalla üzərlərini örtüb 15 dəqiqə dinlənməyə buraxın.

Üstü üçün yumurtanı südlə qarışdırın. Fırça ilə kətələrin üzərinə çəkin. Kətələrin üzərinə küncüt səpin, 250 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirin.


Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)


İrəvan kətəsi

Tərkibi:

xəmir üçün:
3 yumurta
300 q kərə yağı
200 q xama
1 ç.q. soda
3 st. un

iç üçün:
200 q yağ
1,5 st. şəkər tozu
1 st. un
vanil
hil (istəyə görə)

arasına:
100 q kərə yağı

üstünə:
1 yumurta


Hazırlanması:

Xəmir üçün olan ərzaqları qarışdıraraq xəmir yoğurun. 10-15 dəqiqə saxlayın.

İç hazırlamaq üçün: çörək taxtasının üzərinə unu, şəkər tozunu, ədviyyatları səpin, üzərinə kərə yağını qoyub bıçaqla döyməyə başlayın. 5-10 dəqiqəyə axıcı quma bənzər qarışıq alınacaq.

Xəmirdən üç kündə tutub sellofana qoyun. Birini 60-70 sm enində, 3-4 mm qalınlığında yayın. Yağı əridib üzərinə çəkin. Üzərinə bərabər qaydada iç səpin.

Oxlovu lavaşın bir başından qoyub lavaşı ehtiyatla bükün, sonra elə çıxardın ki, "rulet" dağılıb, içi çölə tökülməsin. Əlinizlə qaydaya salın. Ruletin kənarlarından tutb azca dartın. Ya da oxlovla yüngülcə üstündən yastılayın. Naxışlı, ya da adi bıçaqla 4-5 sm enində doğrayın.

Üzərinə yumurta çəkin. İstəsəniz, ortasına kişmiş, yaxud fındıq da basa bilərsiniz.

200 dərəcə qızdırılmış sobada bişirin.


Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Novruz şirniyyatlarının reseptləri ~ Kətə (Qarabağ və İrəvan)  (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər
RƏYLƏR
  1. semsiyye
    biz bu ketelerden cox bisiririy en sevdiyimimmmm
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.