Əsrarəngiz YellowStone Milli Parkı
ABŞ ucu-bucağı olmayan böyüklükdə bir ölkə olduğu üçün, təbiətinin də müxtəlifliyi hər kəsi heyran edir. Bu gün sizə ABŞ-ın üç ştatı boyunca uzanan heyrətamiz gözəllikdə olan park – Yelloustoun milli parkı barəsində danışacağıq.
Vayominq, Montana və Ayhado ştatları boyu uzanan bu gözəllik, meşələrlə əhatə olunub. Milli parkın içində isti su mənbələri, qeyzerlər, kanyon və göllər, mağaralar və çaylar mövcuddur. Dünyadakı isti su qaynaqlarının yarısı burada yerləşir, sayı 10.000-dən artıqdır. Yelloustonda 300 -dən çox qeyzer , 290 -dan çox da irili-xırdalı şəlalə vardır. 1 mart, 1872-ci ildə prezident Ulysses S. Qrantın imzası ilə ABŞ-ın və dünyanın ilk milli parkı olaraq da tarixə düşmüşdür. Bunlardan əlavə, Yellouston Milli Parkı məməlilər, quşlar, balıqlar və sürünənlərin yüzlərlə növünün yaşadığı məkandır.
Bu əsrarəngiz parkdan fotoları sizə təqdim edirik:
Pahoo.az