Ən geniş əhatəli aviaqəzalar

05 Nisan 2016
2 822
1
Ən geniş əhatəli aviaqəzalar
Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

Dünya nəfəsini almadan MH370 Malayziya Reysi ilə nə baş verdiyi barədə məlumatı hələ də gözləyir, yadda saxlamaq lazımdır ki, hava ilə səfərlər ən təhlükəsiz nəqliyyat növü olaraq qalır. Böyük qəzaların çox nadir hallarda olmasına baxmayaraq, onlar tez-tez ölümcüldür ki, ümumi diqqəti və geniş şəkildə beynəlxalq yayılmanı cəlb edir. Bu məcmuədə bütün aviadaşımalar tarixində 10 ən geniş əhatəli aviaqəzalar toplanmışdır. Bir daha qeyd etməliyəm ki, bu məqalə, qurbanların sayının artması ardıcıllığı ilə tərtib olunub.
Nəhayət, hazırladığım məqalə, 31 oktyabr 2015-ci ildə Senay yarımadası (Misir) üzərində, Misir tarixində və Airbus A320 təyyarələr ailəsi tarixində böyük aviasiya qəzası, həmçinin aviaqəzada (Şarm Əl Şeyxdən Sankt-Peterburqa uçan) Rusiya vətəndaşlarının ən kütləvi ölümünə (25 uşaq və 7 ekipaj üzvü daxil olmaqla, ümumilikdə 224 nəfər) səbəb olan dəhşətli hadisəyə həsr edilib.
ALLAH RƏHMƏT ELƏSİN!!!

Ən geniş əhatəli aviaqəzalar

191-ci Reys – American Airlines (273 qurban)

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

1979-cu ildə Çikaqodan Los-Ancelesə uçan bu daxili reys, “O Hare International” aeroportundan havaya qalxdıqdan dərhal sonra yıxılaraq özünün təyin edildiyi yerə çata bilmədi. Pis xidmət üzündən McDonnel Douglas DC-10 laynerinin (çoxyerli, sürətli sərnişin təyyarəsi) mühərriklərindən biri dayandı və qanadı ciddi zədələyərək sözün həqiqi mənasında ondan ayrıldı. Təyyarəni idarə etmək üçün şəraitin olmasına baxmayaraq, pilotlar (təyyarəçilər) istiqaməti təyin edə bilmədilər və nəzarəti tez itirdilər, təyyarə əyildi və qalxma-enmə zolağının yaxınlığında yerə düşdü, 273 nəfər həlak oldu. Beləliklə, bu hadisə barədə hazırlanmış sənədli filmin təxminən 2 dəqiqəyə yaxın fraqmenti kəsilərək, əyani şəkildə təqdim edilmişdir. Buyurun...



Ən geniş əhatəli aviaqəzalar

15-2280 İran HHQ (275 qurban)

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

2003-cü ilin fevral ayında İran Hərbi-hava qüvvələrinin idarə etdiyi Ил-76 МД təyyarəsi qəzaya uğradı. Təyyarə, Kermandan (İran) cənub-şərqə 22 mil (35,4 km) məsafədə dağlara çırpılan zaman, İnqilabi Mühafizə üzvlərinin daşımasını həyata keçirirdi. Uçuşun hərbi xüsusiyyətinə görə İrandan dəqiq məlumat almaq çətin olduğu üçün müfəssəl məlumatlar olduqca azdır. Olay barədə rəsmi məlumat qeyd edir ki, bədbəxt hadisə zamanı güclü külək və duman var idi. Faciənin real səbəbləri məlum deyil, amma “Əbu-Bəkr briqadasının” terror qruplaşması bu qəzaya görə məsuliyyəti öz üzərinə götürdü.

Ən geniş əhatəli aviaqəzalar

Iran Air-655 (IR655) reysi

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

1988-ci ilin iyulunda Fars körfəzi üzərində Tehrandan Dubaya reys icra edən A300 Aerobusu, ABŞ-ın “Vincennes” kreyserinin (çox sürətli böyük hərb gəmisi) atdığı yer-hava raketləri ilə İranın hava məkanında vurulmuşdur. Amerika höküməti iddia edir ki, gəmi ekipajı təyyarəni, istiqaməti dəyişmək barədə xahişə etinasızlıq göstərən Tomcat F-14 İran hərbi təyyarəsi ilə düzgün eyniləşdirə bilməmişdir. Bu sorğular, mülki laynerlərin qəbul edə bilmədiyi hərbi radio-kanallarla ötürülmüşdür. 1996-cı ildə Birləşmiş Ştatlar, həlak olan 290 nəfərin ailələrinə dəymiş ziyanın müqabilində 61,8 milyon dollar ödəsə də, bununla bağlı heç bir üzr istəmədi və bu hadisədə təqsirlərini boyunlarına almadılar.

Ən geniş əhatəli aviaqəzalar

163-cü reys, L-1011-in qəzası (301 qurban)

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

Səudiyyə Ərəbistanının Karaçidən (Pakistan) uçub keçən bu təyyarəsi, Ər-Riyadda dayandıqdan sonra 19 avqust 1980-ci ildə son təyinat yerinə, Ciddəyə gedən yolda havaya qalxdı. Havaya qalxdıqdan cəmi 7 dəqiqə sonra, heyət yük bölməsində yanğın barədə məlumat aldı. Fövqəladə hadisənin və Ər-Riyad aeroportuna geri dönməyin elanı verildikdən sonra, təyyarə müvəffəqiyyətlə yerə endi, lakin yanğın söndürən heyətin gözlədiyi qalxma-enmə zolağında dayanmadı. Qeyri-məlum səbəbə görə, mühərriklər dərhal söndürülməmişdi və təyyarə xilasedicilərdən uzağa getdi ki, təcili evakuasiya baş tutmadı. Xilasedicilər əlacsız bir surətdə yanğına tamaşa edərək, partlayış təhlükəsindən təyyarəyə yaxınlaşmağa cəsarət etmədilər. Mühərriklər söndürüldükdən 23 dəqiqə sonra, təyyarə alışıb yandı. Təyyarədə olan bütün sərnişinlər və heyət, yanıqdan və təngnəfəslikdən həlak oldu.

Ən geniş əhatəli aviaqəzalar

182 Air India reysi, (329 qurban)

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

1985-ci ilin iyun ayında Atlantika üzərində 9,5 km hündürlükdə İrlandiyanın hava məkanında kanadalı siqhist* döyüşçüləri tərəfindən Boinqin yük yerində qoyulmuş bomba partladı. Londondan Hindistana istiqamət alan təyyarə, bir anda məhv edildi, cəsədlər və qırıntılar İrlandiyadan cənuba doğru, dənizdə aşkarlandı. Təyyarədəki sərnişinlərin əksəriyyəti kanadalılar idi. Bu faciə, kanada tarixində ən kütləvi qətllərdən oldu.

*Siqhizm — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun: Quru Nanak Dev, Quru Anqad, Quru Amar Das, Quru Ram Das Ci, Quru Arcan Dev, Quru Har Qobind, Quru Har Ray, Quru Har Krişan, Quru Teqh Bahadur, Quru Qobind Sinqh-in təlimləri və fikirləri əsasında formalaşmış monoteistik dindir. Siqhizm din kimi, 1500-cü ildən etibarən yaranmışdır. Siqhizm sözü Siqh sözündən yaranmışdır. Siqh sözünün pəncab dilindən tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara siqhlər deyilir.
Siqhizmin iki əsas istiqaməti vardır:
Vahid tanrıya inanmaq. Siqhlərin müqəddəs mətnlərinin açılışı iki sözdən (Tək Tanrı) ibarətdir və bu sözlər, Siqh inancının təməlini təşkil edir.
Siqhizmə inananlar On Siqh Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir.

Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir. Əsasən İslama yaxın olduğu güman olunan Siqhizmdə hər iki dinə aid olan bir çox adətlər vardır. Siqhlərin bütün dünyada sayları təxminən 23 milyon nəfərdir və sayına görə Siqhizm dünyada beşinci ən böyük dindir. Təxminən 20 milyon Siqh Hindistanda, bunun da böyük bir qismi Pəncab əyalətində yaşayır. Bu say ilə Siqhizm, Hindistanın dördüncü ən böyük dinidir. Böyük Britaniya, Kanada, Avstraliya, cənubi və şərqi Afrikada və ABŞ-da əhəmiyyətli sayda Siqh yaşayır. Ayrıca Malayziya və Sinqapurda da əhəmiyyətli azlıq olaraq mövcuddurlar. Saçlarını və saqqallarını doğuşdan etibarən heç kəsməyən Siqhlərin ən diqqətə çarpan xüsusiyyəti başlarına taxdıqları torfunlarıdır.


Ən geniş əhatəli aviaqəzalar

Turkish Airlines-ın 981-ci reysi, (346 qurban)

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

Meşənin adı ilə bağlı olan Ermenonvildə (Fransanın şimalında kənd) DC-10 təyyarəsinin enməsi ilə baş verən aviaqəza kimi tanınan bu faciə, 1974-cü ilin mart ayında olmuşdu və Fransada ən ölümcül oldu. İstanbuldan havaya qalxdıqdan sonra təyyarə, yenidən London şəhərinin nəhəng Hitrou beynəlxalq aeroportuna uçacağı Parisə aramla istiqamət aldı. Parisdən havaya qalxdıqdan bir az sonra təyyarənin arxa tərəfində düzgün bağlanmayan yük yerinin ağzı, yüklənməyə tab gətirmədi və dərhal qapalı həcmdə havanın təzyiqinin qəfildən aşağı düşməsinə və təyyarənin idarəetmə sistemlərinin zədələnməsinə səbəb olaraq açıldı. Cəmi 72 saniyə keçdikdən sonra təyyarə meşəyə düşdü.

Ən geniş əhatəli aviaqəzalar

Çarxi-Dadri üzərində fəlakət, (349 qurban)

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

1996-cı ildə Səudiyyə Ərəbistanının aviaxəttinə məxsus Boeing 747-168B təyyarəsi (312 nəfər) və Qazaxstan aviaxəttinə məxsus Ил-76ТД təyyarəsi (37 nəfər), Hindistanın paytaxtı Dehlidən qərbə doğru təxminən 60 mil (96,54 km) məsafədə yerləşən Çarxi-Dadri şəhəri üzərində havada toqquşdu. İcazəsiz 4,57 km hündürlükdən 4,27 km-ə qədər endikdən sonra Qazaxstan təyyarəsinin sol qanadı, Boeing-in sol qanadını və stabilizatorunu zədələdi və hər iki təyyarə yerə çırpıldı. İlyuşin təyyarəsi zədəsiz qalsa da, nəzarəti itirdi, Boeing isə havada hissələrə parçalandı. Heç kəs sağ qalmadı – hər iki laynerin sərnişin və ekipaj üzvləri həlak oldu. Hadisənin istintaqı Londonda aparılırdı. Hər iki təyyarənin qara qutularındakı bütün məlumatlar öyrənilmişdir. Nəticədə, SVA763 və KZA1907 reyslərinin toqquşmasına səbəb, Ил-76ТД təyyarəsinin ekipajı tərəfindən təyyarənin tapşırılmış hündürlükdən aşağı salınması oldu.

Ən geniş əhatəli aviaqəzalar

Yapon aviaxəttinə məxsus 123-cü reys, (520 qurban)

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

12 avqust 1985-ci ildə havaya qalxdıqdan 12 dəqiqə sonra, Yapon aviaxəttinə məxsus Boeing 747 təyyarəsi Tokidan Osakaya (Yaponiya) uçanda mexaniki nöqsan yaşadı. Təyyarənin kili (quyruğu) ayrıldı və 32 dəqiqə ərzində vəziyyəti stabilləşdirməyin sınaqlarından sonra, təyyarə nəhayətdə tamamilə nəzarətdən çıxdı, hündürlüyü birdən dəyişməyə və yana əyilməyə başladı. Nəticədə o, ikinci dağ silsilələri ilə toqquşmazdan əvvəl Takamaqaxaranın dağ silsiləsinə toxundu və beli üstdə yerə düşdü. Təyyarədə 520 nəfər vəfat etdi və yalnız 4 nəfərə sağ qalmaq müvəffəq oldu.

Ən geniş əhatəli aviaqəzalar

Tenerife aeroportunda qəza (583 qurban)

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar

İki ədəd Boeing 747 təyyarəsi, 27 mart 1977-ci ildə İspaniya adası Tenerifenin Los-Rodeos aeroportunda qalxma-enmə zolağında qəzaya uğrayanda, bu hadisə Mülki aviasiya tarixində (11 sentyabr 2001-ci il terror hadisəsini saymasaq) əhəmiyyətli sayda insan itkisinə “imza” ataraq, tarixə ən dəhşətli qəza kimi düşdü. KLM aviaşirkətinə məxsus Boeing 747-206B təyyarəsi (KL4805 Amsterdam – Las-Palmas reysi), qatı dumanda onun qarşısına çıxan və dönmə cığırından çəkilməyə macal tapmayan Pan American aviaşirkətinə məxsus Boeing 747-121 təyyarəsinin (PA1736 Los-Anceles – Nyu-York – Las-Palmas reysi) üzərindən uçub keçməyə çalışdı. KLM təyyarəsinin bütün sərnişinləri və heyət üzvləri həlak oldu. Pan Am təyyarəsinin 396 sərnişinindən yalnız 61 nəfəri sağ qaldı. Bu təyyarələr ümumiyyətlə burada olmamalı idilər. Onlar buraya Las-Palmas aeroportundan göndərilmişdilər. Səbəb isə, çox sadədir: Kanar adalarının nəhəng Las-Palmas aeroportunda 27 mart 1977-ci ildə terror hadisəsi baş vermişdi. “Kanar adalarının müstəqilliyi və muxtariyyətçiliyi uğrunda hərəkat” terrorçuları, aeroportun gözləmə zalında bombanı işə saldılar. İnsan itkisi ilə nəticələnməyən hadisə zamanı, bir neçə sərnişin yalnız sınmış şüşə qırıntılarından yüngül xəsarət aldılar. Lakin, terror aktlarının təkrarlanmasından ehtiyat edən aeroport müdiriyyəti tərəfindən, terminalın bağlanması və Las-Palmasa istiqamətlənən bütün təyyarələrin qəbulunu müvəqqəti dayandırmaq qərarı alındı. Nəhəng geniş füzelyajlı (təyyarə gövdəsi) təyyarələrin qəbulu üçün uyğun gələn yeganə aeroport, Tenerife adasındakı Los-Rodeos aeroportu idi. Los-Rodeos aeroportu, Tenerife adasının şimal hissəsində yerləşirdi, sərnişin və yükdaşımaların həcminə görə isə Kanar adalarının ikinci aeroportu idi. KL 4805 və PA 1736 reysləri də, həmin gün nəzərdə tutulmuş Las-Palmas aeroportuna eniş etmək əvəzinə Los-Rodeosa eniş etmək məcburiyyətində qalan bir çox təyyarələrin siyahısında idilər.

Ən geniş əhatəli aviaqəzalar

Nyu-York-dakı terror hadisəsi (5000-dən çox qurban)

Ən geniş əhatəli aviaqəzalar

Ən geniş əhatəli aviaqəzalar


2001-ci ilin 11 sentyabr (bəzən sadəcə 9/11 adlanan) terror aktı – ABŞ-da baş vermiş silsilə şəklində 4 ədəd fəlakətli terror aktlarıdır. Rəsmi xəbərə əsasən, bu hücumlara görə məsuliyyət “Əl-Qaidə” terror təşkilatının üzərində dayanıb. Həmin günün səhəri, “Əl-Qaidə”-yə aid olan 19 nəfər terrorçu (bunlardan on beşi Səudiyyə Ərəbistanı, ikisi BƏƏ, biri Misir və daha biri isə Livan vətəndaşları idi) 4 qrupa bölünərək dörd ədəd sərnişin təyyarəsini ələ keçirdilər. Hər qrup, ilkin uçuş hazırlığını keçmiş ən azı 1 üzvünə malik idi. İşğalçılar bu təyyarələrdən ikisini Nyu-Yorkda Manhettenin cənub hissəsində yerləşən Dünya Ticarət Mərəzinin (DTM) qüllələrinə tərəf istiqamətləndirdi. American Airlines-ın 11-ci reysi (təxminən 94÷98-ci mərtəbələr səviyyəsində) DTM-1 (şimal) qülləsinə, United Airlines-ın 175-ci reysi isə (təxminən 78÷85-ci mərtəbələr səviyyəsində) DTM-2 (cənub) qülləsinə çırpıldı. Bunun nəticəsində hər iki qüllə, ətrafdakı tikililərdə ciddi dağıntılara səbəb olaraq uçdu. Üçüncü təyyarə (American Airlines, 71-ci reys) Vaşinqton yaxınlığında yerləşən Pentaqonun binasına istiqamətləndi. Dördüncü təyyarə (United Airlines, 93-cü reys) Pensilvaniya ştatının cənub-qərb hissəsindəki sahədə, boro Şanksvill yaxınlığında yerə düşdü. Düşmə yeri, Vaşinqtondan şimala doğru təqribən 240 km məsafədə yerləşir. Ehtimal edilir ki, düşmə – sərnişin və ekipaj üzvlərinin təyyarəyə nəzarəti geri qaytarmaq cəhdlərinə görə olan mübarizə nəticəsində baş vermişdi. 93-cü reysdə danışıqları yazan cihazın şifrinin açılması ilə, oradakı məlumatlara əsasən təyyarənin ekipaj üzvləri və sərnişinlər, mobil telefonlar vasitəsilə digər ələ keçirilmiş təyyarələrin DTM-nin qüllələrinə çırpılmasını öyrəndikdən sonra təyyarə üzərində nəzarəti qaytarmaq üçün çalışdılar. Yəqin mübarizəni uduzan terrorçular təyyarəni yerə istiqamətləndirdilər ki, nəticədə düşmə baş verdi. Bu reysi ələ keçirən terrorçuların məqsədi güman ki, Kapitoliya binası idi.

Qurbanlar...
Terror aktlarının 2977 nəfəri (19 terrorçu istisna olmaqla): təyyarələrin 246 nəfər sərnişin və ekipaj üzvləri, 2606 nəfər Nyu-Yorkda, DTM qüllələrində və yerdə, 125 nəfər Pentaqon binasında həlak oldu. ABŞ və 91 dövlətin vətəndaşları, həmçinin keçmiş SSRİ-nin 96 vətəndaşı həlak oldu. 24 nəfər itkin düşənlərin siyahısında qalır.
DTM-in şimal qülləsinin yuxarı mərtəbələrində olan insanların 1366 nəfərindən əksəriyyəti təyyarənin qülləyə çırpılması anında, qalanları isə yanğına və binanın uçmasına görə həlak oldu. Cənub qülləsinin yuxarı mərtəbələrində ən azı 600 nəfər məhv oldu. Cənub qülləsində hədəfə alınmış yeri yalnız 18 nəfər tərk edə bildi və xilas oldu. Qüllələrin yuxarı mərtəbələrində tələyə düşən insanlardan ən azı 200 nəfəri, alovda yanmaqdan imtina edərək qüllələrdən aşağı tullanıb ölməyi seçdilər. Onların düşməsini çoxsaylı şahidlər izləyirdi. Bəziləri vertolyotlar vasitəsilə təxliyə olunacaqları ümidilə qüllələrin damına çıxmağa çalışdılar, lakin təxliyə baş tutmadı. Çünki, qüllələrin damının qapıları bağlı idi, alovun tüstüsü və istisi isə vertolyotların istifadəsini mümkünsüz etdi.
341 yanğınsöndürənlər və nyu-york yanğınsöndürmə departamentinin iki paramediki (tibb mütəxəssisi), 60 polis və “təcili tibbi yardımın” 8 əməkdaşı həlak oldu. Nyu-Yorkda 1600-dən çox cəsəd tanındı, ancaq qalanlarının (təxminən 1100 adam) tanınması mümkün olmadı. Xəbər verilirdi ki, faciə yerində “ölənlərin sayı ilə müqayisəyə gəlməyən təxminən 10000 sümük və əzələ hissələri” tapılmışdır. Sümük parçaları hətta 2006-cı ildə Deutsche Bank binasını sökməyə hazırladıqda tapılmışdır. Nyu-Yorkda ölənlərin orta yaşı 40-a yaxın idi. Hərbi Hava Qüvvələrinin məlumatına əsasən 2013-cü ilin aprel ayı üçün DTM binalarının dağılması nəticəsində ölənlərin 2750 ümumi sayından 1634 nəfər tanındı və tanınma prosesi, qalıqların DNT analizi metodunun tətbiqi ilə davam etdirilir.


Ən geniş əhatəli aviaqəzalar

RƏYLƏR
  1. allah bendesi
    maraqli xeberdir cox sag olun paylashim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.