Hansı kreslonu seçirsən?-TEST

02 Ekim 2021
7 932
0
Hansı kreslonu seçirsən?-TEST
Bu kreslolardan hansında oturmaq istərdin? Bu testin məqsədi sənin heç özünə də məlum olmayan xarakterik cəhətlərini aşkarlamaqdır. Beləliklə, testə başla və öyrən. Sən kimsən? Biznesmen, romantik yoxsa filosof ?

1. Biznesmen kreslosu. Xarakterin - Güc və zəhmətkeşlik. İşgüzarsan , lakin işə qarşı sağlam münasibətin var. Öz fikirlərini söyləməkdən çəkinmirsən və öz gücünə əminsən.

2. Mənəvi dəstək. İnsanlara mərhəmətlə yanaşır, kömək etməyi sevirsən. Sənin üçün bu insanın əsas missiyasıdır. Bütün gün kresloda oturub bir başqasının dərdini dinləyə bilərsən. Sakit, xeyirxah və böyük ürəkli insansan. Hətta ən narahat insanı belə sakitləşdirməyi bacarırsan.

3. İxtiraçı kreslosu. Sən icadlar etməyi sevir və bacarırsan. Öndə olmaq istəyirsən, bütün gün bir yerdə oturub ideya hazırlaya bilərsən. Eneri dolusan. İşdən kənar vaxtda da işləyə bilərsən. Başqalarının sənə zorla fikir yeritməsini sevmirsən, ama özün beləsən. Eksperiment aparmağı və yeni şeylər öyrənməyi sevirsən.

4. Tənqidçi kreslosu. Yaxşı tərbiyə almısan, bütün gün insanları öz iti zarafatlarınla əyləndirə bilərsən və heç kim bundan yorulmaz. Yalnız keyfiyyətə üstünlük verirsən. İnsanlar səni özündən razı biri kimi tanıyır. Ürəyinin dərinliyində hər şeyin ən yaxşısına nail olmağı düşünrsən.

5. Psixoloq kreslosu. Sən suallar qoymağı və onlara cavablar tapmağı sevirsən. İnsanların qarşılqılı münasibətlərinə dair məsələlər səni çox maraqlandırır. Hər şeylə maraqlanırsan. Kənardan sakit görünürsən, lakin daxilin qaynayır. Uğurlu təşəbbüslərin olur. Bəzən insanları qəsdən əsəbləşdirisən ki, hansı reaksiya göstərdiklərini görə biləsən. Bundan özünəməxsus psixoloji rəylər çıxara bilirsən.

6. Səyyah kreslosu. Boş oturmağa adət etməmisən. Hər zaman yenilik axtarırsan. Yeni insanlar, yeni yerlərlə tanış olmağı sevirsən. Həyatını səyahətlər olmadan təsəvvür etmirsən. Rahatlığını səfərlərdə tapırsan . Bu real və virtual səyahətlər ola bilər.

7. Romantik kreslosu. Yaradıcı insansan. Bütün gün kresloda oturub xəyallar qura bilərsən. Bəzən öz xəyallarında itib batırsan. Gözəl fantaziya və təsəvvür qabiliyyətin olsa da onları qələmə almağa tənbəllik edirsən.

8. Alim kreslosu. Məqsədyönlü insansan. Bütün gününü kitablarla keçirə bilərsən. Ideyalar dünyasında itib- batırsan, nə qədər çox nüanslar olsa sənin üçün bir o qədər maraqlıdır. Hadisələrin mahiyyətinə varmağı sevirsən. Maraq dairən geniş olsa da insanlar səni monoton və əlini dünyadan üzmüş insan hesab edir.

9.Filosof kreslosu. Ekssentrik adamsan, qəribəliklərin də var, lakin bu ətrafdakılara maraqlı təsir bağışlayır. Bütün günü kreslonda otura bilrəsən , lakin nə sənə, nə də qarşındakına darıxdırıcı olmaz. Sən davamlı olaraq həyata olan qəribə və nadir baxışlarını zənginləşdirirsən. Çünki dünyada çoxlu maraqlı hadisələr baş verir.

Düzmü tapdıq? Cavabları bizə də deyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.