Görmə qabiliyyətini yaxşılaşdıran 10 GÖZ İDMANI - FOTOLAR

15 Şubat 2017
1 782
0
Görmə qabiliyyətini yaxşılaşdıran 10 GÖZ İDMANI - FOTOLAR
Göz məşqlərini mütəmadi olaraq etmək möcüzələr yaradır.

Feat.Az bildirir ki, publika.az-ın sağlamlıq bölməsi gözlərin görmə qabiliyytini yaxşılaşdıran, göz ağrılanı tamamilə yox edən məşqləri və onların faydalarını təqdim edir:

1. İki dəqiqə ərzində tez-tez gözləri qırpın. Bu, gözdaxili qan dövranını normallaşdırır.
Görmə qabiliyyətini yaxşılaşdıran 10 GÖZ İDMANI - FOTOLAR


2. Gözləri əvvəlcə sağ tərəfə zilləyin, sonra isə düz xətt üzrə baxın. Eyni hərəkəti əks tərəfə də edin.
3. Qaranlığı hiss edin. Hesab edilir ki, qaranlıq işığa həssas hüceyrələrin inkişafına yardım edir.
Görmə qabiliyyətini yaxşılaşdıran 10 GÖZ İDMANI - FOTOLAR

4. Başınızı dairəvi şəkildə fırladın: Sağa-sola, yuxarı-aşağı baxın. Bu, qan dövranını aktivləşdirir.
5. Müxtəlif tərəflərə baxışların yerini dəyişin: Gözlərinizlə sanki 8 yazaraq sağa-sola, yuxarı-aşağı baxın.
Görmə qabiliyyətini yaxşılaşdıran 10 GÖZ İDMANI - FOTOLAR

6. 3-5 saniyə gözləri yumun, sonra açın. Bu hərəkəti 7 dəfə təkrar etmək lazımdır. Çalışma göz əzələlərini rahatlaşdırır və qan dövranını aktivləşdirir.
7. Barmaqları üst göz qapaqlarına basın, lakin heç bir xüsusi səy göstərməyin, təxminən iki saniyə bu vəziyyətdə saxlayın. Bunu 4-5 dəfə yerinə yetirin. Məşq gözdaxili mayenin axınını yaxşılaşdırır.
8. Pəncərənin yanında durun və uzaq nöqtədə yerləşən hər hansı bir obyektə (ev və ya ağac) nəzər salın. 10 dəfə təkrar edin.
Görmə qabiliyyətini yaxşılaşdıran 10 GÖZ İDMANI - FOTOLAR


9. Gözünüzü yumun və bəbəklərin yerini yavaş-yavaş aşağı-yuxarı dəyişin. Bunu 5-10 dəfə təkrar edin.
10. Açıq gözlərlə əvvəlcə havada sadə həndəsi fiqurlar çəkin, sonra isə daha mürəkkəb obyektləri və miqyaslı kompozisiyaları təsvir edin.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET