Miss World'un 15 kraliçası - Şəkillər
Miss World dünyanın ən qədim gözəllik müsabiqələrindən biridir.İngilis reklam agenti Eric Morley tərəfindən yaradılmışdır. Başlanğıcda yalnız bir dəfəlik kimi nəzərdə tutulub,lakin qısa zamanda çox məhşur olmuşdur. Feat.Az bu müsabiqənin ən gözəl 15 qadınını sizlərə təqdim edir.Bunuda vurğulamaq lazımdır ki,belə seçim etmək heçdə asan olmadı...
Susana Duijm, Venesuela
Miss World 1955
Venesuelanın təmsilçiləri bu müsabiqəni toplam 6 dəfə qazanmışdır,və bunu həyata keçirən ilk təmsilçi Susana olmuşdur.Bu ünvan sayəsində aktirisalıq və TV aparıcısı kimi fəaliyyət göstərməyə başlamışdır.
Penelope Coelen, Cənubi Afrika
Miss World 1958
Katibə işləyən bu 18 yaşlı qız Cənubi Afrika təmsilçiləri arasaından seçilərək ilk dəfə bu müsabiqənin qalibi olmuşdur.Daha sonra Cənubi Afrikaya döndü və evləndi.5 oğlu və 3 nəvəsi vardır. Fotoqrafiyaya böyük marağı vardır və bir gözəllik salonunun sahibidir.
Ann Sidney, Böyük Britaniya
Miss World 1964
Ann Sidney Miss World yarışmasını qazanmaq üçün ölkəsinin 2-ci təmsilcisi idi. Qalibiyyətdən sonra bəzi kiçik rollarda yer almışdır. O həmçinin “You Only Live Twice” - James Bond filmindədə rol almışdır.
Madeline Hartog-Bel, Peru
Miss World 1967
Müsabiqədəki qabiliyyətindən sonra Madeline Parisdə və daha sonar Floridanın cənubunda yaşamışdır. Orada evlənmişdir,hal-hazırda 1 qızı vardır.
Jennifer Hosten, Qrenada
Miss World 1970
Müsabiqəni qazandıqdan 1 il sonar Jeniffer Air Canada kompaniyasında çalışmağa başlamışdır.Bir Müddət sonar Bermudaya köçmüşdür,daha sonralar isə Kanadaya getmiş və universitetdən məzun olaraq psixoterapevt olmuşdur. Onun 2 övladı və 5 nəvəsi vardır.
Cindy Breakspeare, Yamayka
Miss World 1976
Cindy bir model olaraq karyerasını geridə buraxar və özünü musiqiyə həsr edər.Onun məhşur rəssam Damian Marley daxil olmaqla 3 uşağı vardır.Həmçinin 4 nəvəsi var.
Sarah-Jane Hutt, Böyük Britaniya
Miss World 1983
Dünyanın ən gözəl qadını adını fəth edən Böyük Britaniyanın başqa bir nümayəndəsi. Onun bu qalibiyyəti digər nümayəndələri çox qəzəbləndirmişdir,və hətta təmsilçilərdən bəziləri “tacqoyma” mərasimində iştirak etməmişdir.
Linda Pétursdóttir, İslandiya
Miss World 1988
Linda sadəcə gözəlliyin kraliçası deyil,eyni zamanda o uğurlu iş qadınıdır.20 il müddətində o öz spa mərkəzini yaratdı, və 2015-ci ildə yenidən Miss World müsabiqəsinə qatıldı – bu dəfə münsiflər heyətinin nümayəndəsi olaraq.
Aishwarya Rai, Hindistan
Miss World 1994
Aishwarya Rai - məhşur aktrisa,model.2007 ilindən bəri məhşur aktyor Amitabh Bachcanın oğlu Amitabh Bachchan ilə evlidir. 2011-ci ildə bir qızları dünyaya gəlmişdir.
Priyanka Chopra,Hindistan
Miss World 2000
Priyanka – istedadlı müğənni,aktrisa və model. O həmçinin Hindistanda və ABŞda çoxsaylı xeyriyyə tədbirlərində iştirak etmişdir. Və savadsızlığın aradan qaldırılması üçün bir çox kampaniyaların təşkilinə kömək etmişdir.
Azra Akın, Türkiyə
Miss World 2002
Məhşur model,oyuncu və dansçı – Azra Akın.”Yok Böyle Dans” yarışmasının qalibi. Türk, İngilis vəhollad dilini bilir
Rosanna Davison, Irlandiya
Miss World 2003
Rosanna Davison – model,aktrisa,müğənni və ən çox satılan “Eat Yourself Beautiful” adlı yemək kitabının yazarı.Onun atası,mahnılarından birini qızına həsr etmiş məhşur müğənni Chris de Burgh-dır.
Ksenia Sukhinova, Rusiya
Miss World 2008
Ksenia həyatını idman,gimnastika və qaçışa hərs etmişdi. Miss World müsabiqəsinin birincisi olduqdan sonra modellik karyerasına İtalya,İspanya və Fransada davam etmişdir. Ksenia həm Miss World həmdə Mr. World yarışmalarına münsiflər heyətində iştirak etmək üçün dəvət edilmişdir.2016-cı ildə münsiflər heyətində yer almışdır.
Megan Young, Filippin
Miss World 2013
Aktrisa,model və teleaparıcı olan Megan Young Miss World müsabiqəsindəki ilk Filippin təmsilcisi idi. ABŞ da dünyaya göz açan Meganın atası amerikalı anası filippinli idi.Orta məktəbi bitirdikdən sonra Filippinə dönərək televiziyada karyerasına davam etmişdir.
Rolene Strauss, Cənubi Afrika
Miss World 2014
Rolene Strauss yerli Cənubi Afrikadan olan 3cü Miss World ünvanın sahibidir. 2000-ci ildə başqa bir yerlisini “tacqoyma” mərasimində gördükdən sonra modelliklə məşğul olmağa başlamışdır. O Golf oynamağı sevər və gitar çalmağı bacarar.2016-nın yazında bir xeyriyyə fondu açmışdır.