Rahat geyinməyi sevən modapərəstlər üçün ayaqqabı trendi - FOTO
Feat.Az xəbər verir ki, dizaynerlər narahat stiletto və bosonojkaları yayda platforma səndəllərə dəyişməyi tövsiyə edir. Bu ayaqqabı modelini bir çox moda evlərinin yaz-yay kolleksiyalarından əldə etmək olar.
Dəb ustaları onları zolaqlar, çiçəklər, metal bəzəklər, hətta daş-qaşla bəzəyərək həyatın istənilən halları üçün platforma səndəllər təklif edib. Məsələn, idman, futurizm, münasib ofis, hətta axşam variantları var. Əgər platforma həddən artıq hündür deyilsə, siz onunla səhərdən axşama qədər şəhərin küçələrində və ya sahildə heç bir ağrı hiss etmədən rahatlıqla gəzə biləcəksiniz.