Dünyanın müxtəlif ölkələrinin 8 ən məşhur deserti - FOTOLAR

18 Temmuz 2018
1 364
0
Dünyanın müxtəlif ölkələrinin 8 ən məşhur deserti - FOTOLAR
Dünyanın hər bir ölkəsinin özünəməxsus şirniyyatı var. Onlardan bəzisi ağız dadımıza uyğun olsa da, bəzisini heç bəyənmirik.


Feat.Az
xarici KİV-ə istinadən dünyanın 8 məşhur desertini təqdim edir:

Vaqasi - Yaponiya

Yaponiyanın milli şirniyyatı olan Vaqasi avropalılara heç də şirin görünməyə bilər. Onu düyü pastasından və şəkərdən hazırlayırlar. İçərisinə isə paxla və şokolad əlavə edilir.

Dünyanın müxtəlif ölkələrinin 8 ən məşhur deserti - FOTOLAR

Gülab camun - Hindistan

"Qızıl gül ətirli qaymaq" - şirniyyatın adı tərcümədə bu cür səslənir. Deserti ölkənin hər bir vətəndaşı sevir. Quru südə, qovrulmuş un tökülür və yumru kürə formasında qızardılır və şərbətə atılır.



Alfahor - Argentina

Müasir dövrün ən məşhur şirniyyatıdır. Alfahor şəkərli-vanilli peçenyedir. Ona qatılaşdırılmış süd, cem və ya karamel vurulur.



Vaflili borucuklar - Norveç

Ad günlərində və Yeni ildə ancaq bu şirniyyat hazırlanır. Yerli camaat onu hazır alıb içərisinə istədikləri növ krem yığırlar.



Umm Əli - Misir

Bunu hazırlamaq çətin deyil. Çoxları onu isti pudinqlə müqayisə edirlər. Bir boşqaba çörək, üstünə istədiyiniz çərəzdən tökün. üstünə şəkər tozu səpib, qaymaq tökün.



Çe - Vyetnam

Vyetnam mətbəxi çoxlarının xoşuna gəlməyə bilər. Bu desert şorba ilə jeleyə bənzəyir.



Prekmurska gibanisa - Sloveniya

Bu, balkan ölkələrinin ən məşhur yeməyidir. XVII-ci əsrdən hazırlanır. Əvvəl şirin deyildi. Onu pendir və keçi südündən hazırlayırdılar. Daha sonra isə onu cem, kəsmik və haşhaşla hazırlayırlar.



Zarda - Pakistan

Bir çox şərq ölkələrində ətli plova xüsusi diqqət edilir. Pakistanda isə şirin plov daha məşhurdur. Burada düyü süd, şəkər tozu və çərəzlərlə hazırlanır.



axsam.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.