Azərbaycan polislərinin yeni avtomobilləri - FOTOSESSİYA

10 Şubat 2015
3 077
0
Azərbaycan polislərinin yeni avtomobilləri - FOTOSESSİYA
Azərbaycan polislərinin yeni avtomobilləri - FOTOSESSİYA
PPX əməkdaşları Fiat Doblo, DYP əməkdaşları 5-ci seriya BMW sürəcək
Azərbaycan Daxili İşlər Nazirliyinin post-patrul xidməti (PPX) və dövlət yol polisi (DYP) əməkdaşları üçün yeni və müasir avadanlıqlarla təchiz edilmiş avtomobillər Bakıya gətirilib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, "Azadlıq" meydanında düzülən avtomobillərə sabah baxış keçiriləcək və sonra istifadəyə veriləcək.

Məlumata görə, PPX əməkdaşları üçün yeni "Fiat Doblo", DYP əməkdaşları üçün isə BMW (5-ci seriya) markalı avtomobillər gətirilib. Eyni zamanda, saxlanılan şəxslərin daşınması üçün də avtomobillər gətirilib. "Mercedes Sprinter" markalı maşınlarda meyit daşımaq da mümkündür.

DYP əməkdaşları üçün gətirilən avtomobillərin üst hissəsində sayrışan işıqlardan əlavə 6 ədəd kamera quraşdırılıb. Həmin kameralar avtomobil hərəkətdə olan zaman ön və arxa hissədə olan maşınlar haqqında məlumatları salona ötürür. Avtomobilin salonunda əyləşən polis əməkdaşları isə ötürülən informasiyanı daha asan şəkildə salonda olan monitor vasitəsilə izləyə bilər.

Azərbaycan polislərinin yeni avtomobilləri - FOTOSESSİYA

Azərbaycan polislərinin yeni avtomobilləri - FOTOSESSİYA

Azərbaycan polislərinin yeni avtomobilləri - FOTOSESSİYA

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.