✕oşbəxtlik シ

Xosbextlik
✕oşbəxtlik シ































































Xoşbəxtlik əldən gedəndə hiss edilir.
Çünki xoşbəxtlik nankorluqdur.Hər zaman artığını istərsən.
Əlində olan dəyəri özünə görə müqayisə edəndə sıradandır.
Heç nə hiss etmmərsən ona qarşı.
Sən, onun varlığının sənə fayda qatdığını bilmərsən.
Sadəcə, yoxluğuyla mühakimə edərsən.
Halbuki xoşbəxtlik üçün yalnız dərin bir nəfəsə ehtiyacın vardır.

İndi dərin bir nəfəs al.
Və özündən soruş:mən nə qədər xoşbəxtəm?
Əlbəttə, bunun dəqiq cavabı yoxdur.
Çünki insanın xoşbəxtliyi sabit deyil.
İndi ki xoşbətliyin üçün,az sonra daha artığını istərsən.
Hislərinə çatmayan bir şeylər var.Sən xoşbəxtlik üçün yox, bədbəxtlik
üçün səbəb axtararsan.
Artıq insanların ruh halı tez dəyişər oldu.
Həmişə bir artıqlıq arxasındadılar.

Neçə nəfər əldə etdiyinə şükr etməkdə?
Məncə, artıq insanlar xoşbəxtliyin fərqinə varmalıdırlar..
Hazırda heç nəyinin olmadığını düşün.
Heç bir şeyə sahib deyilsən.
Sənə indi sahib olduğun bacarıqlar verilsin.
Beləliklə,özünü yaxşı hiss edə bilər,
xoşbəxt olarsan.
Sənə gözəl ailə bəxş edilsin.
Özünü güvəndə hiss edər,
xoşbəxt olarsan.
Sonra yaxşı bir yoldaşlar.
Məncə, bunlar xoşbəxtlik üçün lazım olan əsas şeylər.
Bunlarla özünə tamam ayrı bir dünya qura bilərsən.
Əsas olan sənin həyata baxış açındır.
Sən həyata hansı gözlə baxsan elə görərsən.

Sən özünə ən gözəl hədiyyəsən.
Sənə verilən ağıl və ürəyini ən gözəl şəkildə istifadə et.
Beləliklə, kimsədən bir şey ummarsan.
Və xoşbəxtlik üçün,inandığın şeyi bacarmaq üçün.
Sadəcə çalışmaq məcburiyyətindəsən.
Bunu bacardığında

dünyanın ən xoşbəxt insanı Sən olarsan.

RƏYLƏR
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.