"Xocalı faciəsi xalqımızın qan yaddaşıdır ”

04 Temmuz 2016
23 907
0
"Xocalı faciəsi xalqımızın qan yaddaşıdır ”
"Xocalı faciəsi xalqımızın qan yaddaşıdır ”

Azərbaycan növbəti faciənin ildönümü ərəfəsindədir.1992-ci il 26 Fevral hadisələrinin 18-ciil dönümü tamam olur.Erməni və rus hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı tutduğu divan aradan 18 il keçməsinə baxmayaraq,
hələ də yaddaşlardan silinmir. Bu dəhşətli soyqırımın günahkarları öz cəzasını almayıb və bu günə qədər də cəzasızdırlar...
Odlar yurdu Azərbaycan hələ lap qədim zamanlardan çox böyük əraziyə,zəngin və əsrarəngiz təbiətə malik olmuşdur.Şirin su mənbələrinin bolluğu, torpağın münbitliyi, zəngin yeraltı, yerüstü sərvətləri ilə vətənimiz diqqət mərkəzində olmuş və bir çox dövlətlər Azərbaycana qarşı qərəzli mövqe tutaraq onu ələ keçirməyə çalışmışlar.Xalqımız bütün bu hücumlara mərdliklə sinə gərmiş,Vətənin bir qarış torpağını belə yadelli işğalçılara verməmişdir.Lakin Azərbaycana gözlənilmədən arxadan zərbə dəydi. Axı biz haradan biləydik ki,uzun illərdən bəri özümüzə dost sandığımız,öz torpaqlarımızda yer verib, çörəyimizə , suyumuza şərik etdiyimiz ermənilər dönüklük edəcək,xalqımızın kökünü kəsmək, torpaqlarımızı ələ keçirmək üçün ən dəhşətli üsullara əl atacaqlar? Azərbaycan xalqına qarşı törədilmiş qətliamlardan biri və bəlkə də, ən amansızı Xocalıda quduz ermənilər tərəfindən törədilmiş soyqırımıdır.

Duz basdılar yarama,
Laylay, Xocalım, laylay,
Düşdüm gülləborana,
Laylay,Xocalım ,laylay

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri mühasirəyə alındı və düşmən saysız-hesabsız texnika ilə hücuma keçdi. Mərmilərin partlayışından , topların gurultusundan yer-göy titrəyir, qulaq tutulurdu.Hər tərəf od içində idi.O qaranlıq və dəhşətli gecədə nə baş verdiyini hücumun kim tərəfindən və niyə edildiyini anlamayan günahsız əhali çaş-baş qalaraq şəhəri tərk etməyə çalışırdılar.Erməni vəhşiliklərindən yaxa qurtarmaq məqsədilə dağlara qaçan onlarla donaraq öldü,bir çoxları müxtəlif əzalarını itirərək ömürlük şikəst qaldı.Onların arasında qadında vardı,qoca da,körpə uşaqda.
Sağ yana fəryadı,sola naləsi
Dilinin ucunda bala naləsi...
Qalırdı özündən dala naləsi
Bir gəlin qaçırdı dağlara sarı

Lakin insan sifətini belə itirmiş ermənilər üçün bunun heç bir fərqi yox idi.Onların bir məqsədi var idi: torpaqlarımızı ələ keçirmək,xalqımızı qorxutmaq və susdurmaq. Ancaq düşmən yanılmışdır. "Hər kəs öz qəlbindən pay biçər” demişdir babalarımız.Doğru deyiblər. Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar deyildilər,Əlif Hacıyevin başçılığı altında könüllülərdən ibarət dəstə Xocalının müdafiəsinə qalxdı.Onun dəstəsi onlarla hərbi texnikanın qarşısında çox zəif idi.
Qəhrəman oğullarımız bu qeyri-bərabər döyüşdə qalib gəlməyin mümkün olmadığını yaxşı başa düşsələrdə,bir an olsun belə tərəddüd etmədən döyüşə atılır,qəhrəmancasına həlak olurdular.Azərbaycan torpaqlarının bütövlüyü, vətənin.xalqın şərəfi,ləyaqəti uğrunda canını qurban verən bu şəxslər şəhid adlandırılmışdır.

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyr-şəriylə
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər.

Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olmuşdur.Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək demişdir: " Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır”.
Qəhrəman oğullarımızın mübarizəsinə baxmayaraq Xocalı düşmən əlinə keçdi.Nəticədə,613 nəfər öldürüldü,8 ailə tamamilə məhv edildi, 25 uşaq valideynlərinin hər ikisini,120 uşaq valideynlərinin birini itirdi,1275 nəfər əsir götürüldü və hal-hazırda da ən qəddar üsullarla işgəncələrə məruz qalmaqdadırlar.
Əhalinin bir hissəsi isə birtəhər qaçıb canını qurtarmağa nail oldu, doğma torpaqlarından didərgin düşərək Bakıya pənah gətirdi.
Bu gün də Dağlıq Qarabağdan didərgin salınmış bir milyona yaxın qaçqınımız Azərbaycanın müxtəlif yerlərində məskunlaşmışdır.Qaçqın və məcburi köçkünlər dövlətin himayəsi altında yaşayır,onların bütün ehtiyacları təmin edilir və onların yaşaması üçün hər cür şərait yaradılıb.Lakin buna baxmayaraq,onlar öz yurd-yuvalarının həsrəti ilə yaşayır və torpaqlarına yenidən qayıdacaqları günü böyük səbirsizliklə gözləyirlər.
Gün o gün olacaq ki, qaçqınların ümidləri doğrulacaq,müstəqil Azərbaycan Respublikası öz bütövlüyünü bərpa edəcək və həmişə hamı üçün əlçatmaz zirvə olaraq qalacaqdır.

Gün o gün olsun ki,qurtarsın dava,
Dağılsın buludlar,açılsın hava.
Alınsın düşməndən intiqam,qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az,

Silinsin könüldən, ürəkdən ağrı,
Birdə tapdanmasın torpağın bağrı
Sağalsın yaralar,axmasın qanlar,
Sevinsin insanlar,gülsün insanlar.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.