Unuda bilmərəm heç vaxt, sevdiyim, məni bağışla
Söylə axı kimsən ki, sən, məni nə hala qoymusan
Gülüşümü yox etmisən, hər gün, hər an ağlatmısan
Acı sözlər deyərək qəlbimi nə çox qırmısan
Yenə də sevirəm səni,varlığımla, gözyaşımla
Unuda bilmərəm heç vaxt, sevdiyim, məni bağışla
Sevilmədən sevməliyəm, hər əzaba dözməliyəm
İçimdə min əzab varkən yenə üzdə gülməliyəm
Bilməsən də halımı, mən halını bilməliyəm

Bir yandan ümidim var, bəlkə də bir gün sevərsən
Bir yandan ümidim yoxdur, sevgi nədir, nə bilərsən
Sənə danışsam halımı, bilirəm mənə gülərsən

Səni uzaqdan görüncə, özümü unuduram mən
Zaman necə gəlib keçir, inan ki, anlamıram mən
Gecə olanda isə oturub ağlayıram mən

Hər kəs deyir unut onu, o səni heç zaman sevməz
Gözyaşının dəyərini anlamaz, heç zaman bilməz
Səni nə bu günündə, nə gələcəyində görməz

Unutmaq istəsəm bir gün, bəlkə unuda bilərəm
Amma neyləmək olar, unutmağı istəmirəm
Sən görmürsən bəlkə, mənsə hər gün ölürəm

Haqsız sonlanacaq mənim həyatdakı bu döyüşüm
Nə olar yuxuma gəlsən, yuxumda sənlə görüşüm
Məni xoşbəxt edər sənin tək bir gülüşün
Həmişə sevəcəm səni,varlığımla, gözyaşımla