░░Daha səni sevmirəm...░░░❤░░░░
"Daha səni sevmirəm” hər gün durmadan təkrarlayıram bunu özümə. "Daha səni sevmirəm, daha sevmirəm” . Lakin qəlbim elə hey çığırır "Yalandı, yalan. Bu boş mənasız yalanla özünü xilas edə bilmərsən”
"Hər şey boşdur, mənasızdır. Ayrılıq nədir ki, səni iki günə unudaram” deyirəm özümə. Lakin yenə ürəyim çoşur etiraz edir: "Niyə başa düşmürsən, qaça bilmərsən özündən uzağa”.
"Sevmirdim səni onsuz, həvəs idi bitdi getdi” deyirəm özümə hər gün dayanmadan. "Həvəs deyil, sən bitdin, sən itirdin, sən üzüldün bu yolda” deyir qəlbim cavabında.
Və ən sonda anlayıram onu sevirdim, sevirəm. Ona deyil, qəzəblənirəm yenə özümə. Ona deyil hirsim, ona deyil qəzəb.
Özgəni sevirsən deyirsən mənə yalandı. Səndən incimirəm çünki məni tərk edən sən deyilsən, səni tərk edən mənəm.....Bağışla məni..