Məhəbbət Kədərdən Xoşlanır Gülüm

23 Ocak 2015
2 139
0
Məhəbbət Kədərdən Xoşlanır Gülüm
Məhəbbət Kədərdən Xoşlanır Gülüm

Ürəyim sıxılır hər gün, hər gecə,
Hər səhər bir həsrət başlanır gülüm…
Axı nə biləsən səndən gizlicə,

Bir gəncin həyatı yaşlanır gülüm…


Sevirəm gözlərim yaş içindədi,
Qurum da, odum da yaş içindədi,
Demə bu məhəbbət daş içindədi,

Hər yandan əzilir, daşlanır gülüm.


Gülsəm ağlaması ötüşməyəcək,
Ağlamaq heç nəyi dəyişməyəcək,
Əlim əllərinə yetişməyəcək,

Məhəbbət kədərdən xoşlanır gülüm…

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.