...Ən ağır cinayət məcəlləsiylə!!!

08 Şubat 2015
4 849
0
...Ən ağır cinayət məcəlləsiylə!!!
...Ən ağır cinayət məcəlləsiylə!!!



Gəldin həyatıma səssiz-səmirsiz,

Getdin toy səsiylə,zurna səsiylə

Bunun ki cavabı verilməlidir

Ən ağır cinayət məcəlləsiylə.

Gəlmişdin ömrümə bir yaz axşamı

Bir səndin,bir məndim,bir də ki bulaq.

Sarsıldıq əvvəlcə qəfil görüşdən

Bir anlıq sükuta yer verdik ancaq.

Baxışın önündə muma döndükcə

Qopdu ürəyimdə dəli qasırğa.

Axır iradəmi cilovlayaraq

Açdım ürəyimi mən qorxa-qorxa.

Sən demə qorxmağa elə dəyərmiş,

Məni əbəs yerə o qorxutmadı.

Məgər sevgimizi əsassız addım,

Məgər sevgimizi qorxu udmadı ?!

Sən elə susurdun bu sükutdasa

Bu günü andıran ağırlıq vardı.

Su üstə yarandı bizim sevgimiz,

Bizim sevgimizi sular apardı.

Nə üçün bu zaman baş qaldırmadı,


Əvvəllər qəlbimdə qopan qasırğa?

Gözlədim nə vaxtsa bəlkə sevgimiz

Dalğalar qoynunda sahilə çıxa.

Nə isə...

Keçmişə qayıdım yenə,

O gündən başlandı görüşlərimiz.

Bir qoca söyüdün kölgəsi bizim

Ümid yerimizdi,görüş yerimiz.

Duyub gülənlər də çox oldu bizə,

Etiraf edirəm olsa da acı.

Amma sevgimizi duymadan belə

Aldı himayəyə söyüd ağacı.

Bəlkə o onlardan yaxşı duyurdu,

Mən hardan bilimki bu qoca söyüd

Neçə sevgiləri salmışdı yola,

Neçə sevənlərə vermişdi ümid.

Bu gün bizlərə də əlvida deyir,

Vağzalı havası çalınır,budur

Göz yaşın süzülür yanaqlarından

Sudan yaranmışı indi su udur.

Dikilib nəzərlər sənə və mənə

Çox ağır olsa da gülümsəməli.

Bunla duyanlara sevginin sonu

Cismani ayrılıq deyil deməli.

Gələndə də yazdı,gedəndə də yaz,

Gör harda görüşdük,ayrıldıq harda ?!

Hətta doğmaların duymadan belə

Sənin kədərinə oynadılar da.

Bu addım olduqca düşünülmüşdür,

Məncə nəticə də,səbəb də birdir.

Bu itki qəlbini üzməsin deyə


Sevgin çal-çağırla dəfn edilirdi.

Bizdə səninsənin-mənim sözü yox idi,

Xərclədin ömrümü öz ömrün kimi.

Ağ libas altında qara ləkəsən

Ağ günü haqqlayan qara gün kimi.

Gəlişin ömrümə çox şey gətirdi,

Gedişin apardı ondan da artıq.

Adının qəlbimdə olması gülüm

Məni ovundurur indi azacıq.

Gəlmişdin ömrümə bir yaz axşamı,

Bir səndin,bir məndim,birdə ki bulaq.

Milyonlar içində görüşməmişdik

Milyonlar içində ayrıldıq ancaq.

Artıq həmin andan neçə il keçir,

Qəlbim neçə yerə parçalanıbdır.

Həsrətin qəddimi əyibdir daha,

Artıq saçıma da qar ələnibdir.

Səninsə saçına qar ələnməsin,

Çünkü o dağların ucalığıdır.

Saçların bəxtimə oxşasın hər an

Mənim sənə olan qarğışım budur.

Gəldin həyatıma səssiz-səmirsiz,

Getdin toy səsiylə,zurna səsiylə.

Bunun ki cavabı verilməlidir

Ən ağır cinayət məcəlləsiylə !!!


...Ən ağır cinayət məcəlləsiylə!!!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.