Bilirsənmi ?

23 Şubat 2015
1 367
0
Bilirsənmi ?
Bilirsənmi ?

Səninlə birlikdə olmağın ən gözəl tərəfi nə, bilirsənmi?
Əlin əlimə dəymədən, ovuclarımı tərlədən istiliyini taa içimdə hiss etmək...
Səninlə birlikdə olmağın ən pis tərəfi nə, bilirsənmi?
“Səni sevirəm” sözü dilimin ucunu sancarkən, hər söhbətimizdə boş yerə havadan-sudan söz etmək...
Səninlə birlikdə olmağın ən həyəcanlı tərəfi nə, bilirsənmi?
Eyni şeyləri səninlə eyni anda düşünmək, birlikdə ağlamaq-gülmək... Və yanımda ikən belə, sənin üçün dəli kimi darıxmaq...
Səninlə birlikdə olmağın ən acı tərəfi nə bilirsənmi?

Səni heç tanımadığım saysız-hesabsız insanlarla bölüşmək... Sənin yanında olan, səninlə danışan hər kəsi uşaq kimi qısqanmaq...
Səninlə birlikdə olmağın ən xoşbəxt tərəfi nə, bilirsənmi?
Tanış biri ilə rastlaşmaq qorxusu ilə, yollarda yan-yana yerimək... Əlimdəki çətirə inad, yağışda birlikdə islanmaq...
Səninlə birlikdə olmağın ən romantik tərəfi nə, bilirsənmi?
Sənsiz gecələrdə sənə söyləyə bilmədiklərimi ulduzlara-aya söyləmək...Oxuduğum kitabın səhifələrində, dinlədiyimi mahnıların şeirlərin hər misrasında səni tapmaq...

Səninlə birlikdə olmağın ən çətin tərəfi nə, bilirsənmi?
Səni itirmək qorxusu ilə həyatda ilk dəfə daddığım o tərifsiz duyğularımı, ümid dənizinin ortasında bir gəmiyə həps etmək...Sevgili əvəzinə, illərcə dost qalmağı bacarmaq...Yalın ayaq yerimək bıçağın ən kəskin yerində. Qanadıqca, duz yerinə göz yaşlarımı basmaq ürəyimə...
Səninlə birlikdə olmağın tək əks təsiri nə bilirsənmi?
Hardan biləcəksən?

Sən mənimlə heç olmadın ki...Olsaydın, ovuclarım tərləməzdi...Darıxmazdım sənin üçün yanımda ikən...Qısqanmazdım...
Qorxmazdım yollarda yeriməkdən...Ulduzlara-aya dərd anlatmaz, hər mahnıda belə sərxoş olmazdım...
Qorxmazdım səni itirməkdən... Amma sən heç mənimlə olmadın ki...

Ya ağlın başqa yerlərdə idi... Ya da ürəyin...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.