Sevgidən nifrətə bi addım yol var

08 Mart 2015
2 836
0
Sevgidən nifrətə bi addım yol var
Sevgidən nifrətə bi addım yol var

SEVGİDƏN NİFRƏTƏ BİR ADDIM YOL VAR
Əsl sevən insan heç vaxt nifrət edə bilmir. Ola bilsin qarşılıq görməyəndə, xəyanətə uğradıqda, hissləri alçaldıqca kövrəlsin, qəlbi sinsin, həyata baş verənlərə hətta özünə nifrət etsin ancaq yenədə sevdiyi insana nifrət edə bilməz. Əgər sevdiyin insana nifrət edirsənsə deməli hisslərin səni yanıldıb, əsl sevgi olmayıb.
Sevgidən nifrətə 1 addım yoldur. Bu çox düz atalar məsəlidir. Qatı nifrət deyə bilmərəm anca nifrət - daha doğrusu heç bunu nifrətdə adlandırmaq olmaz, qəribə bir hiss yaranır. Sevdiyin insandan istədiyini ala bilməyəndə, yaxudda o səndən ayrılanda, xətrinə dəyəndə, istər-istəməz insanda gerilmə (yəni yəni hiddlətində artıq müsbətə yox mənfiyə tərəf gerilmə ) gedir. Bu mütləqdir, çünki insan elə bir məxluqdur ki, özünü hər şeydən, hamıdan çox istəyir yer üzündə. Boynumuza almasaqda bu bizim xilgetimizdəndir. hərdən isə bunu özümüz danmağa çalışırıq.

Sözsüz ki, hamı öz hisslırinin qarşılığını istəyir və qarşılıq olmadıqda müəyyən müddətdən sonra insan əvvəlki hisslərinin artıq soyuduğunu hiss edir. (Bu zaman nifrət pillə pillə yaranır) sonradan isə insanda başlayır egoistlik, sonradan çevrilir qatı egoistliyə, sonra isə ayrılıq, daha sonra axtarış ( bunun səbəbi isə "köhnə sevgiliyə" ondan daha yaxşı birisinə layiq olduğunu, sevilməyə qadir olduğunu sübut etmək hissidir, yəni ruslar demişkən "dokaju sto ya dostoyna sçyastya") axtarışdan sonra yeni sevgi macərası, sonra sübut (ki xoşbəxtsən, və bir növü ona "yandığ" vermək) buda oldu nifrət.
Bəzi insanlarda revanş hissi soyuyur bəzilərində isə ömür boyu davam edir ( xüsusilədə qadınlar revanşa daha çox meyillidirlər, kişilərin əksəriyyəti buna daha sadə yanaşır, qadın isə bunu "maliyam" kateqoriyasına daxil edir).
Bəzən isə nifrət adicə kiçik bir hərəkətdən, sözdən yaxud əməldən yarana bilər.

Sevgidə nifrətin tək səbbi xəyanət deyil. Yalan danışmaq, iki üzlü olmaq, hörmətsizlik etmək kimi amillərdə sevgidə nifrətə gətirilib çixardır. Elə bu hərəkətlərdən sonra soyuqluq özünü kəskin surətdə biruzə verir və nifrətin toxumları insanın qəlbində baş qaldırır. Ona görə sevdiklərinizə qarşı həddindən artıq diqqətli olmaq lazımdır. Mümkün qədər insanın istəklərini öyrənmək və onları qane etmək lazımdır. Əks halda ayrılıq qaçılmazdır, birlikdə həyat kompromis üzərində qurulub bunu istəsəkdə istəməsəkdə.
Atalarımız nahaq yerə deməyib
"SEVGİDƏN NİFRƏTƏ BİR ADDIM YOL VAR".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.