Gözləyənim sən ol...gedən mən olum◀◀

14 Mart 2015
2 413
0
Gözləyənim sən ol...gedən mən olum◀◀
Gözləyənim sən ol...gedən mən olum◀◀


İstərəm dəyişim sənlə yerimi...
Nigaran ruh sən ol,bəfən mən olum!
Bunca həsrət ilə,intizar ilə...
Qəlbini incidən,didən mən olum!

Bir görüm vicdanın oyanacaqmı...?
Ürəyin al qana boyanacaqmı...?
Canın bu dərdlərlə dayanacaqmı...?
Bu dəfə imtahan edən mən olum!

Sən də gör,sən də bil istəmək nədir!
Hər gecə adını səsləmək nədir?!
Yalançı ümidlər bəsləmək nədir?!
Gözləyənim sən ol...Gedən mən olum...!


Müəllif-Afaq Şıxlı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.