"Sən Görünürsən"

13 Mart 2015
1 195
0
"Sən Görünürsən"
"Sən Görünürsən"

Olduğum mühitdən qırağda olsan,
Özgənin bağında budağda olsan.
Bilirsən ? Gözümdən uzağda olsan,
Gözümü yumanda mən görünürsən...

Hər gəcə bir fikir içinə batmışam,
Sevincli həyatın daşını atmışam.
Bir damla sevincə kədər qatmışam,
Yenədə deyirlər şən görünürsən...

Cavabsız qalibdı bütün sualım,
Olmadı bir arzu inan realım.
Yad edir hər dəfə məni xəyalım,
Xəyalla gəlirsən hərdən görünürsən.

Almısan qəlbimi şirin sözünlə,
Ruhumu apardın yenə özünlə.
Ətirli saçların , Dəniz gözünlə,
Çağlayan dənizə tən görünürsən.

Düzmüşəm sətirə bu qədər sözü,
Ürəyden gələnim bu qədər düzü.
Fərqi yox bağlayım ya açım gözü,
Yenədə gözümə sən görünürsən.


Şeirin Müəllifi: Vüsal Zaman
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.