Hər şey bitdi

16 Mart 2015
5 218
0
Hər şey bitdi
Hər şey bitdi



Hər şey bitdi
Mənli əziyyətlərin, mənli peşmanlıqların bitdi artıq.. Azadsan.. Mənə aid tək bir sətir qalması, tək bir cümlə olmasın dodaqlarında..
Madam sənə əzab çəkdirirəm, madam mən səndə peşmanlığı xatırladıram qoy bitsin bu əziyyət.. Mən sənə əzab çəkdirməyə gəlməmişdim..



Ağır, yaralı ürəyinə bir ümid kimi girmişdim halbuki.. İndi səndə " qanayan peşmanlıq " olmuşamsa, unut məni..Heç yaşanmamış say yaşananları.. Mənli xatirələrin üzərinə qaranlığı ört və bağla bütün pərdələrini..Məndə qoyduqlarını yığ ürəyimdən…
Sözlərini, andlarını sök dodaqlarımdan…
Amma bir şeyə toxunma.. Səni " sən " deyə sevən ürəyimə toxunma..Toxunma, ağrıdar təkliyim ürəyini. .Toxunma, qanadar qaranlığım o incə dodaqlarını..Hayatımda məğlub olmağa alışmışam, amma sənin uduzmağına da alışaram..



Burax, toxunma qanayan yaralarıma..

Cənnət qoxulu bədəninə sıçramasın çirkli üzümdən axan yalnızlıqlarım..Daha çox ağrıtmasın peşmanlıqlarda ovudulmuş xatirələrim..Yığ cümlələrini dodaqlarımdan…

Hər şey bitdi, sənə get deməyəcəyəm….

Getsən də tək bir söz belə deməyəcəyəm..



Susmalıyam..Susuram..Bəlkə də bütün cavablarım, sualların da gizlidi..
Qapını aralamağına ehtiyac yoxdur sevgiilim..
Sənə gəldiyim yollarla gedərəm mən..Lazım deyil " ən yaxşısına sən layiqsən " sözləriylə ovudulmuş cümlələr..Mənn yaxşı bilirəm tozlu yolları..

Mənli bütün yaşananları da unuda bilərsən..Artıq sözə gərək yoxdur..Getməliydim, amma bu qədər etez yox..Gedirəm..Bir bədəndə " ürəksiz " yaşamağı öyrənməyə gedirəm...Gedirəm.. "Susmağa" gedirəm..



Bilirəm sən mənsiz də yaşa biləcək qədər güclüsən..Hayata qaldığın yerdən davam edəcəksən..

Nöqtəsiz, vergülsüz..Amma mən..Mən yaşadıqca həmişə bir əskik olacaq..Həmişə bir sən əskik olacaq..Artıq mən "sənsiz " var olacağam….



Bir təşəkkür borcluyam sənə; qısa bir müddətə də olsa yarımlığımı, təkliyimi unutdurduğun üçün..Və yaşatdığın bütün xoşbəxtliklər üçün..Təşəkkürlər sevgilim..Gedəndə arxaya baxma..Gözlərin peşmanlıqlarında, günahlarında qalmasın…

Varlığımla əzab çəkməkdənsə,
Yoxluğumla xoşbəxt ol..
Çünki xoşbəxtliklər ən çox sənə yaraşır sevigilim…



Hər şey bitdi artıq… Azadsan…
Dilədiyincə uca bilərsən….
Yolların həmişə Cənnətə çıxsın sevgilim..

Səndən soruşduğum sualların heç bir cavabı yox du əslində eşitməyi gözlədiyim..Sadece səsin üçün darıxdım..

Səndən başqa bir səbəbim yoxdu....
Səndən başqa bir istəyim yoxdu...
Səndən başqa heç bir şeyim yoxdu...

Səni Sevirəm!!
Hər şey bitdi

!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.