Mən çox şeyi bilirəm!

24 Mart 2015
1 711
0
Mən çox şeyi bilirəm!
Mən çox şeyi bilirəm!

Mən bilirəm tənhalıq nədir...
Mən çox şeyi bilirəm!Bu bütün günü işləyən maqnitafon və televizor,saatlarla qoşulu qalan internet xətti.Və vacib deyil ki,mahnılarda nə oxunur,verilişlərdə nədən bəhs edilir,inetdə hansı xəbərlər verlib.
Bu səbəbsiz ağlamaq arzusudur.
Bu sənə qovuşmaq istəyidir:görmədiyim,duymadığım,amma artıq təsəvvür etdiyim sənə.
Bu dərk etməkdir ki dünyada yalnız sən və sənin problemlərin mövcuddur.
Bu tənhalıqdır...Mən çox şeyi bilirəm!

Mən çox şeyi bilirəm!Mən bilirəm aşiq olmaq nədir...
Bu səninlə,təsəvvürümdə yaratdığım səninlə təsadüfi görüşdür.
Bu mobildə sənin nömrən,dəftərçədə sənin adındır.
Bu həmişə,hər an gözəl görünmək arzusudur.
Bu intizardır...Mən çox şeyi bilirəm!

Mən çox şeyi bilirəm!Mən bilirəm sevgi nədir...
Bu maqnitafonla birgə sənin də oxumandır,çantada şəkillərdir.Telefon səsinə hamıdan öncə reaksiya verməkdir.
Sifətində həmi
şə təbəssüm,gözlərində həmşə işıqdır.Xoşbəxtlikdən ağlamaq istəyidir.
Bu hər axşam yatmazdan öncə,hər səhər duran kimi baxışlarınla oxşadığın çiçəklərdir.
Sanki ürəyində təmiz və böyük nəsə hiss etməkdir.
Bu sevgidir-böyük,işıqlı,qarşılıqlı.Mən çox şeyi bilirəm!

Mən çox şeyi bilirəm!Mən bilirəm ümid nədir...
Bu işləmək arzusudur,çox,çox işləmək arzusu.Xatirələrə zamanın qalmaması üçün.
Bu parça-parça olmuş şəkillərin atılmasıdır.
Bu hər səhər idman,hər axşam yatmazdan öncə kitab oxumaqdır.
Bu ciddi geyim stili və səliqəli saç düzümüdür.
Bu yoxa çıxan keçmiş və gələcək haqqında yuxulardır.
Bu hər şeyin qayıdacağına bir ümiddir.
Yeni görüşlərə ümid...Mən çox şeyi bilirəm!

Mən çox şeyi bilirəm!Mən bilirəm kədər nədir...
Bu dərindən çəkilən ahlardır,səbəbini izah edə bilmədiyin ürək döyüntüləridir.
Bu solmuş çiçəklər,sınmış ümidlərdir.
Bu əvvəlki kimi arzulaya bilməməkdir.
Bu unutmaq istədiyin,amma heç cür unuda bilmədiyin xatirələrdir.
Bu səhərin açılmasını böyük həsrətlə gözləməkdir.
Bu ocaq kimi tüstüləyən kədərdir...Mən çox şeyi bilirəm!
Mən çox şeyi bilirəm!
Mən bunların hamısını bilirəm,hamısını

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.