Hər anım sənsən

04 Nisan 2015
1 329
0
Hər anım sənsən

Hər anım sənsən


Göylər övladı!
Sən mənim qəhrəmanım deyilsənmiş...
Sən başqa əsərdəndin...
Mənim qəhrəmanıma nə çox bənzəyirdin sən.
Mən yanıldım, bəs sən niyə susdun.
Mən sənin xəyallarındakı
deyiləm – demədin.
Sənin arzuların mən deyiləm – demədin.
Bilirəm, bəlkə də mənim xəyallarım o qədər uzaq və rahat idi ki, sən qərib bir adaya çəkilər kimi qaçdın hər kəsdən, gizlənmək istədin.
Sığınmaq istədin. Sevilmək istədin.

Məni sev, bunu bilmək mənə vacibdir - dedin.
Sevildin, ... və sevdin, bacara bildiyin qədər...
Amma bir ilğım kimi yox oldu hər şey... bir nəfəsdə...
Sənin kitabındakı........yorucu səhifələr,saxta qəhrəmanlar
səni səslədikcə uzaqlaşdın məndən... hey uzaqlaşdın.
Və nəhayət ayıldıq bu şirin yuxudan və gürdük ki, hərəmiz bir sahildəyik, aramızda isə ucsuz-bucaqsız ümmünlar var.
Bir də baxdıq ki yad olmuşuq bir-birimizə – nə mən o mən deyiləm, nə sən o sən
Sevgi onu dilə gətirə bilərkən güzəldir.
Sevgi onu qoruyarkən əzizdir.
Sevgi sənin olarkən müqəddəsdir.
Əllərinin hərəkətini, baxışlarını, sözlərini yada saldıqca düşünürəm – səni necə sevməmək olardı?
Axı sən bir arzuydun, bir həsrətdin, bir niskildin...
Hər gün və hər an səni unutmaq üçün dua edirəm.
Və hər gün, hər an səni əvvəlkindən daha artıq sevdiyimi anlayıram.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.