-sтат'Lar..(3)

05 Nisan 2015
1 254
0
-sтат'Lar..(3)
-sтат'Lar..(3)

Gəl "biz” olaq demək asandır...mənimlə "heç” olarsanmı..?

Hər səhər oyanmaq məcburiyyətində qalmasaydım çoxdan unudardım səni...

O qədər də dərd etmə..! Necə olsa bu gün, dünəni unutduracaq daha böyük yaralar açar səndə...

Böyümədən yaşlandım mən... Həyat mənə ilk gördüyüm insanların, ilk gördüyüm kimi olmadığını öyrətdi...

Kaş ki sən də eşqi qarşındakının gözlərinə deyil də ürəyinə baxaraq öyrənmiş olaydın...

İnsan xəyanət etməyəcək qədər təmiz deyil... Mən belə ilk xəyanətimi uşaqlığıma etdim...böyüyərək. Yenə də öləcəyini bildiyi halda yaşamaqdan qorxmamalıdır insan. Necə yaşasan elə ölərsən...

Bu günə xoşbəxtlik deyil istədiyim. Dərdim sabaha ümidli olmaqdır...

Qalsam, özümü üzəcəkdim, getsəm səni...Nə gedəcək qədər qorxaqdım, nə qalacaq qədər cəsarətli...

Ardında elə bir mən qaldı ki…Sənə bənzədim sanki... indi sənin səhvlərinin əvəzini başqalarına ödədirəm...

İnsanlar keçmişlərinə ən böyük xəyanəti unudaraq edirlər...
Sən bir qatilsən amma cinayət törətməmisən...
Cinayət törətmədən qatil olanlar yalnız ürək qıranlardır...
Kaş ki "Məni" öldürsəydin...ürəyimi deyil..! Üzülmə... Yaşayan ölülərə yas tutulmaz çünki...

İnsan yaşadığı anın dəyərini yaşadıqlarından ötrü deyil...nələr yaşayacağını bilmədiyindən ötrü bilməz...


Adına eşq dediyimiz yalan dünyamızın ağası olmaq yerinəadına ayrılıq dediyimiz gerçəyin köləsi olaraqyaşamağı seçirəm...

Məni xoşbəxt edəcək yalanlar söyləməyi öyrəndim sənsizlikdə...

Eşq sözləri israf üçün deyil, hədiyyə etmək üçündür... Nə olmaq, nə də ölməkdir...

Nəticədə...göz yaşı da bir sudur...
Və bir gün quruyar...

O qədər sevdim ki, səni, o gözlədiyin olmaq istədim həmişə. Ürəyində bir qonaq kimi deyil, bir eşq kimi qalmaq istədim... Amma mən qonaqdım və bir gün gedəcəkdim... Əvvəl ürəyindən, sonra gözlərindən silinəcəkdim...

Adı gələcək olsa nə olacaq ki, səninlə gəlmədikdən sonra…

"Zamanla hər şey düzələr, bəlkə yenidən başlarıq qaldığımız yerdən" dedin amma zaman, bizə bir daha vaxt ayırmadı...



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.