Arzuladığım qələbəm səni unutmaq olacaq

09 Nisan 2015
1 631
0
Arzuladığım qələbəm səni unutmaq olacaq
Arzuladığım qələbəm səni unutmaq olacaq



Arzuladığım qələbəm səni unutmaq olacaq
Səni ömür yollarıma təsadüf gətirdi. Bir payız gecəsi azmış durna kimi çıxdın qarşıma. Rahat dünyamı əlimdən aldın. Gəlişinlə sevinc bəxş etdinsə, yazda gəlib qaranquş kimi bir payız gecəsində məni tərk etdin. Allahıma çox yalvarırdım dönəsən deyə. Amma nə faydası bu mənim alın yazım, qismətimə düşən acı pay idi. Bu həyatda ən qorxduğum şey ayrılıq olub. Elə hey düşünürdüm ki, səni nə vaxtsa itirəcəyəm. Lakin qorxularla yaşaya-yaşaya sevdim səni. Gündən-günə gözlərimdə ucaldın. Həyatın bütün gözlüklərini səndə tapdım. İnandım sənə elə bilirdim ki, illərlə çəkdiyim əzablara son qoyulacaq. Axan göz yaşlarımı əl uzadıb siləcəksən. Xəyallardan ayıldacaqsan məni. Sən isə məhəbbətimi ayaqlar altına atdın. Məni alçaltdıqca sən ucaldın. Sənin ucun nələr etmədim? Sonunda bu idimi mənə düşəcək mükafat. Səni sevdiyim ucun dözdüm hər şeyə. Həmişə ən şirin kəlməm adın olacaqdı. Amma indi illər ötdükcə daha çox ehtiyacın olacaq mənə .Elə anların olacaq ki, susuz səhrada mənimlə qalmağı arzulayacaqsan. Bu geniş dünya sənə darlıq edəcək. Əlin uzanıqlı qalacaq, gözlərin minlərlə insanlar arasında sadəcə məni axtaracaq. Tənhalıq axtaracaqsan. Bir dəqiqə olsada mənimlə keçirdiyim günlərin birini geri qaytarmaq ucun. Nə olsun nədir ki, geri qaytara bilmək məni. Çox-çox əlçatmaz olacağam sənə. Ehtiyacında olduğun nəvazişimin birini də göstərməyəcəyəm sənə. Bezəcəksən həyatdan, yaşamağı mənasız biləcəksən. Anlayacaqsan ki, artıq heç kimə lazım deyilsən. Həsrətini çəkdiyin o qayğılı günlər, qoşa gəzdiyimiz o yerlər, arasıyla getdiyimiz o çinarlar göz dağı olacaq sənə. Əlindəki o telefon belə hər an məni sənə xatırladacaq. Gecələr gozlərindən yuxuların qaçacaq, yoxluğum yandırıb yaxacaq səni. Kimsə məlhəm olmayacaq yarana məndən savayı. O yatmış vicdanın qəfil oyanacaq. Amma gec olacaq. Səni unutmaq çətin olsada bacaracağam. Nə olursa olsun sənə qalib gələcəyəm. Unudacağam səni. Sənə aid nə varsa siləcəyəm həyatımdan. Arzuladığım qələbəm səni unutmaq olacaq.

Arzuladığım qələbəm səni unutmaq olacaq



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.