Həsrət qalmışam

01 Eylül 2014
2 111
0
Həsrət qalmışam
Həsrət qalmışam

Gör necə vaxt kecib, sən gedən gündən,
O gündən bugünə yaman dolmusam.
Ömür yollarimdan sən itən gündən,
Bir mesaj, bir zəngə həsrət qalmısam !

Oturub xəyallar qururam hərdən
Xəyallar basima səpilib dən-dən
Biləsən, hələdə ürəyimdəsən
Can deyən səsine həsrət qalmışam !

Kövrək mahnilarda qəlbi ovutmur,
Ürəkdə dirənib səni unutmur,
Bir kimsə, bir özgə yerini tutmur,
Sənin gülüşünə həsrət qalmışam !

Yoxluqun qəlbimi inlədir hər an,
Bu qədər das ürək olarmi insan,
Üzülüb ümidlər, qalmayib güman,
Bir sözle mən sənə həsrət qalmışam !
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.