Sənin gözəl gözlərinə…..

11 Nisan 2015
3 311
0
Sənin gözəl gözlərinə…..
Sənin gözəl gözlərinə…..


Sənin gözəl gözlərinə, göz yaşları yaraşmır.
Ay kimi parlaq üzə, kədərlənmək yaraşmır.
Kədərlənib, qəmlənmə, qarış qayna həyata
Sil gözünün yaşını, ağlama gözəl gözlü.

Həsrət qoymusan məni, üzünün gülüşünə.
Sənin gülüşün üçün darıxıram, görmürsən?
İnad etmə, tərs olma, məni belə incitmə.
Üzün güləndə sənin, inci qara gözlərin,


O qədər gözəl olur, heç söz deyə bilmirəm.
Çünki, valeh oluram, tilsimə düşürəm mən.
Gül qoy tilsimə düşüm, sənə valeh olum mən.
Qoy sənin üzün gülsün, sənə gülmək yaraşır.

İmanova Gülyanə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.