///Sevdi///
Eşqinin əsiriyəm gülüm, yanır ürəyim
Gəl söndür odumu gəl ol gərəyim
Sənsiz haramdır duzum çörəyim
Bu sevən qəlbim belə qurbandır sənə
Sevgilim gəl mənə olma biganə
Sevirəm gəl olma mənə biganə.
Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Xəyallarımda hər zaman sən yaşayacaqsan.
Əvəzsiz bir sevgili yarım olacaqsan.
Yalnız sən mənimsən, mənə qalacaqsan.
Ağrılı qəlbimin sən ey sevgilim,
Loğmanı, dərmanı, tək yarı, sən olacaqsan!!!
Sən mənə göylərdə uçan mələksən,
Ağrılı qəlbimdə açan çiçəksən.
Ruhumda, ruhunu sevibdir sənin,
Ağrılı qəlbimi sağalt sən mənim.
Yalnız sənə ehtiyacı var sevən qəlbimin!!!