Düşüncəm...

19 Nisan 2015
1 916
0
Düşüncəm...
Düşüncəm...
------------------------------------------------------------------------


..bəzi hallarda uzaq məsafələr insana təsəlli verir..yanındadır..qucaqlaya bilmirsən..bu daha ağır haldır,məsələn..

..heç kəsə demə ki, "sənsiz yaşaya bilmərəm"..əlbəttə ki,yaşayacaqsan..hə,başlarda ağır olacaq və bir müddət nəfəs almaq çətinləşəcək..amma alınacaq..təmiz keçməyəcək bəlkə,amma köhnələcək..

..alçalmaq üçün yox,böyümək üçün səhv edirik..qorxmayın.niyə hirslə baxırıq ki,keçmişə? niyə keçmiş deyəndə insanların ağlına ancaq qara buludlar dolur? bu günki "biz" im var olma səbəbimiz
deyilmi keçmişimiz?keçmişdəki səhvlərimiz olmadan gələcəkdəki doğru qərarlarımız ola bilərdimi? sizi hər hansısa səhvinizə görə qınayan insana sadəcə bir söz deyin:öz saflığını mənə sübut et!

________________________________________

Düşüncəm...
________________________________________



..həddən artıq çox sevdiyim insanlar var..və qəribəsi budur ki , onlara ürəyimdəki bu yeri səbəbsiz vermişəm..hərdən özüm də təəccüblənirəm ki, insanın qəlbinə bu qədər sevgi və hörmət hissi necə sığa bilir..bəlkə çoxu dəymir bu dəyərə, bəzilərinin heç xəbəri də yoxdur. .bəziləri bilir amma fərqində deyil..eybi yox..olsun..


..ayrıldıqdan son
ra qarşı tərəfi pisləyib,arxasınca danışan insanlar da var məsələn..elə bil,günlərlə həmin insanlar üçün ağlayan,darıxan,ən çox onların sözünə gülən,mesaj gəlməyəndə narahat olan bunlar deyildi..adam olun, bir az..qarşı tərəfə olmasa da öz şəxsiyyətinizə,öz seçimlərinizə hörmət edin..və bu sualı özünüzə verin; əgər o bu qədər pis biri idisə niyə onu seçmişdim?


..əvvəllər tək bir söz bəs edərdi ki,insan sevdiyini illərlə gözləsin..tək bir söz on cümləyə bərabər idi..titrəyən əllərlə yazılan məktublar var idi,məsələn..indiki yüz mesaja dəyərdi..inkişaf nə etdi bizə? hissiyatımız öldü,insanlığımız
öldü..texnologiya insanları yaxınlaşdırmaq üçün kəşf edildi.radio,telefon,video..daha yaxın olaq deyə..amma insanoğlu bunun tam əksini etdi..robotlaşdıq biz..sevgi ego ilə yer dəyişdirdi zaman keçdikcə..əmrlərimizi yerinə yetirən kölə axtaranlar olduq..
________________________________________

Düşüncəm...
________________________________________


..aradan nə qədər zaman keçir keçsin,qarşılaşanda həmişəki səmimiyyəti ilə gülümsəyib danışan dostlar nə gözəl hədiyyədir

..sən öz qadınına həm ana,həm ata
,həm də qardaş olmalısan..çünki,o,öz ailəsindən məhz sənin üçün ayrılıb..elə etməlisən ki,o,həssas olduğu zamanlarda səndə anasının sevgisinin,atasının mərhəmətini və qardaşının dostluğunu görsün..

Düşüncəm...


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.