Mən bir qadın sevmişdim...

29 Nisan 2015
1 597
0
Mən bir qadın sevmişdim...


Mən bir qadın sevmişdim...



Mən bir qadın sevmişdim
az gülüb,çox susardı..
saçları arzularından qısa
ürəyi özündən böyük
əllərinin musiqili gözəlliyi
gözlərində rəqs edərdi
dərd etməzdi heçnəyi
daima ümidin içində
düz yol alıb gedərdi
mən bir qadın sevmişdim
fədəkar çiyinləri var idi
şəhid edərdim hər hissimi
fədəkar çiyinlərində
dillərə əzbər baxışı

yandırardı gözlərimi
bıçaqdan iti addımları
yarı qalıb beynimdə
bir qadın sevmişdim mən
özümü sabahıma ata biləcəyim
dünənimdən çıxa biləcəyim
dost deyib bağrıma
yar deyib ağrıma basa biləcəyim...



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.