_^geтмə qаdıн ♀

02 Mayıs 2015
1 323
0
_^geтмə qаdıн ♀
_^geтмə qаdıн ♀


Məsələn yanımda olsaydın gözəl olardı.
Çərpələng uçurdardıq bəlkə..
Çiyələk yeyərdik ,sən çox sevərsən
Yanımda olardın ən azından..
Məni sevərdin,darıxardın.
Film izləyərdik, qorxu filmi.
Qorxub məni qucaqlaya bilərdin, Məsələn.
"Qorxma mən yanındayam, bu sadəcə bir film.” deyib
Lağ edərdim səninlə, gülərdik.
Düşünsənə bərabər gülərdik.
Bərabər ağlayardıq hətta.
Gözyaşlarımı silərdin sən,
Mən də sənin burnunu öpərdim.
Yenə gülərdik.
Hər şeyi sənə anladardım sıxılmadan dinləyərdin.
İçərdik bəlkə də ?
Sərxoş olardıq. Nə gözəl olardı amma.
Mən Sərxoşkən sənə heç deməyəcəyim şeyləri deyərdim bəlkə.
Sən yenə gülərdin.
Bildiyim lətifələri anladardım sənə.
Yatdığın zaman izləyəbilərdim səni.
Tort alardıq,
Tortu üzünə bulaşdırardım bəlkə də .
Su savaşı edərdik Məsələn.
Hətta dənizə belə gedərdik .
Qoxunu içimə çəkərdim.
Elə gözəl qoxardın ki boynunda yatmaq istəyərdim.
Getməzdin yanımdan,bir saniyə belə.
Həmişə bərabər olardıq.
Balıq tutardıq.
Sonra yeyərdik onları.
Əllərimlə yedirdə bilərəm sənə.
Sümüklərini ayıraram bəlkə.
Şeir oxuyardım sənə.
Yazardımda.. Bilirsən çox sevərəm şeiri…
Şəkillərini çəkərdim,qələmimlə bədənini hiss edırdim...
Öpərdin bəlki də,
Durmadan öpəbilərdin Məni.
Həyəcanlana bilərdim yanında , hirslənmə.
Sarılardın bəlkə də.
Həmişə sarıl heç vaxt buraxma.
Əllərini tutanda qəlbimin belə döyünməsini açıqlaya bilməzdim .
Gülərdin yenə.

Olsun sən Həmişə gül mənə.
Gül deyə əlimdən gələn bütün meymunluq`ları edə bilərdim sənin üçün
Getməni istəmədiyimi bilirsən
Buna görədə sən həmişə gül mənə amma getmə , Qadın...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.