içimdə inleyib aglayiram men

01 Mayıs 2015
1 239
0
içimdə inleyib aglayiram men
içimdə inleyib aglayiram men

Güldüyümə baxma sən!....İçimdə
ağlayıram…
Yaşamaq üçün,birilərinin xoşbəxtliyi
üçün,ən azından özün üçün gülmək
zorundasan…
Göz yaşlarını içində boğmağı,hıçqırıqlarını yastığında gizlətməyi qəbul etməlisən…
- Bu da yalan dolu bir həyatın saxta
qanunlarından biri deyilmi?...
Bu qədər hüzünlü olduğun halda,bu
qədər canın yandığı halda,qarşındakı
insanlarla heç bir şey olmamış kimi danışacaqsan,güləcəksən…
Ürəyindəki acını heç kəs anlamasın
deyə…!
Acılarını ürəyində saxlamağı
bacaracaqsan…

Sıradan insanlar kimi sürdürəcəksən həyatını,yaşamını…
Özünü özün anlayacaqsan,səni kimsə
anlamırsa…Özünə özün təsəlli
verəcəksən,sənə kimsə təsəlli vermirsə…
Öz dostun özün olacaqsan,kimsə sənlə
dost olmursa… - Bu da yalan dolu bir həyatın saxta
qanunlarından biri deyilmi?...
Dözmək zorundasan gələcək hər
acıya,yalnız qalacağın hər günə…
Dözmək zorundasan gecələr boyu
ağladığın yarım qalan xəyallarına… Heç təəccüblənməyəcəksən anidən gələn
hüzün üçün,…kədər üçün,…göz yaşın
üçün…
Sən qəbul etmisən artıq bunları…Artıq
sənin üçün sıradan bir yaşam bu…
Sən də oyun oynayacaqsan həyata qarşı…,necə ki,həyatın sənə oynadığı acı
bir oyun kimi…!
- Bu da yalan dolu bir həyatın saxta
qanunlarından biri deyilmi?...
Amma,yenə də içində hər zaman bir ümid
yaşadacaqsan…Səninlə öləcək yaşatdığın bu ümidin…
Sevgilərin kimi,həyatından keçən
yalanların kimi,yarım qoymayacaqsan

yaşatdığın bu ümidi…
Özün gerçəkləşdirəcəksən yaşatdığın bu
ümidi,sabaha ümid edərək… Xoşbəxtliyə,həyata,yaşama ümid edərək,
…özün yaşadacaqsan bu ümidi…
- Çünki,bu yalan dolu bir həyatın gerçək
olan tək qanunudur…!
Uyacaqsan bu qanuna,ümidinə çatmaq
üçün ...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.