Gedəcəyəm...
GEDƏCƏM..
Bir gün həyatından çıxıb gedəcəm...
Və dönməyəcəm..Günlər keçəcək..
Sən məni xatırlayıb gülümsəyəcəksən...
Güləcəksən mənim dəli sevdama...
Mən səni yada salıb ağlayacam...Elə bir ağlayacam ki.. gözlərimin yaşı qəlbimə axacaq..Kimsə bilməyəcək....görməyəcək göz yaşlarımı...
Sən məni xatırlayıb heyif deyəcəksən...Məni deyildə mənim sevgimi itirməyinə heyif deyəcəksən....
Mən səni yadıma salıb küsəcəm..Qəlbim inciyəcək...Yalnız dilimə beynimə bir sual gələcək.....Əgər sevgin isitməyəcəkdisə məni..
İsti aşıma niyə soyuq su qatdın ki...
Sən məni xatırlayıb düşünəcəksən...Bir dəli küləy idi həyatımdan əsdi getdi...
Mən səni yada salıb düşünəcəyəm...
Bu elə bir sevda idi ki...Nəfəsimi kəsdi getdi...
Sən məni xatırlayıb düşünəcəksən...Bu gözəl sevgi mənimmi həyatıma gəlmişdi...Varmıydı ki belə sevgi..
MƏN SƏNİ XATIRLAMAYACAM...
Axı unudulanlar xatırlanır..Mən səni unutmayacam ki....Sən məndə olacaqsan..Ürəyimdə qalacaqsan...Gözlərimmi yummayacam..Gözlərimlə baxacaqsan..Sən məndə qalacaqsan.
..