BİLMƏDİM...

06 Eylül 2014
1 349
0
BİLMƏDİM...
BİLMƏDİM...


"Sus,"-dedilər,susmadım,
soldu yazım-büsatım...
Bahar oldu hər zaman,
ancaq sənli həyatım!...


"Gül,"
-dedilər,gülmədim,
heç özümü bilmədim...
Can atdım səadətə-
sən insafa gəlmədin!...


"Qaç,"
-dedilər,qaçmadım,
nəğmə oldum-uçmadım...
Sən getdin,başqasına
ancaq könül açmadım!...


"Öl,"
-dedilər,ölmədim,
sənsiz heç vaxt gülmədim...
Biz axı bir Eşq idik-
niyə tərk etdin Eşqi,
bircə bunu bilmədim!...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.