Yorulmuş...

08 Eylül 2014
1 451
0
http://feat.az/uploads/posts/2014-09/1409844817_1392442767_1391950205-505.jpg
http://feat.az/uploads/posts/2014-09/1409844817_1392442767_1391950205-505.jpg



Sən yağış kimisən..
Sən Allah bu gün
Ələnib-dolanıb üstümə yağma...
Mən otam, ağacam günəşə həsrət,
Məni buludların altında boğma...


http://legend.az/uploads/posts/2014-07/1405348018_lzcfsutge74.gif

Qayanın altında bitən çiçəyə,
Yağsa dəli kimi yağış nə fayda?!
Nəyləsən şəfəqin üstümə düşməz,
Yekə qaranlığam mən özüm boyda..


http://legend.az/uploads/posts/2014-07/1405348018_lzcfsutge74.gif

Ömrümü, qəlbimi həsr etdiyimdən
Soruş bir almaqdan gözü doydumu?!
Sən təmənnasızsan, duaların mən,
Bəlkə fəlsəfəsi sevginin budu...


http://legend.az/uploads/posts/2014-07/1405348018_lzcfsutge74.gif

Kiminin əlindən qaçıb qurtulan,
Kiminin başına düşən daş mənəm,
Məni üryindən qovma, gizlənim,
Orada dincələn yorulmuş mənəm..


http://legend.az/uploads/posts/2014-07/1405348018_lzcfsutge74.gif

Min işıq ilindən, fərqli zamanda,
Demə doğru-dürüst sevmək olurmuş.
Səndə rahatlığı tapır deyəsən,
Sənsiz darmadağın, sənsiz yorulmuş...


http://legend.az/uploads/posts/2014-07/1405348018_lzcfsutge74.gif

Mən nar ağacıyam, soyuğa aciz,
Ölmək istəmirəm, bir az yaxın gəl..
Sən mənsən, mən sənəm, açıq deyilmi?
Əsrlər əvvəli məndən qopan, gəl...


http://legend.az/uploads/posts/2014-07/1405348018_lzcfsutge74.gif

Ruhuma sızmısan, nə qəribədi,
Ürəyim olubdu köz dağarcığı,
Qəlbimdən, beynimdən kağıza axıb,
Məni eyləmisən söz dağarcığı..

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.