«Sən» adlı xəstəlikdən sağalmışam nəhayət

26 Haziran 2015
1 475
0
«Sən» adlı xəstəlikdən sağalmışam nəhayət
«Sən» adlı xəstəlikdən sağalmışam nəhayət

http://i.hizliresim.com/pYy6E0.gif
Ölü sevgi yox olub, ürəyimdə qalmadı,
Gömdüm onu torpağa,
Yeni bir həyat qurdum,
Sənli xatirələri, acı xatirələri vurdum, yıxdım, uçurdum,
Yoxsan sən! «Sən» adlı xəstəlikdən sağalmışam nəhayət.
Nə xəstəyəm, nə də key,
Ona sevinirəm ki, vaxtında bitdi hər şey…
http://i.hizliresim.com/pYy6E0.gif

Əvvəllər səni sevirdim, dəlicəsinə,
Sən bunu anlamırdın… Bilmirəm, bəlkə də, bu, taleyinə nazındı.
Anlamırdın sevginin məhvedici gücünü,
Bunu anlamaq üçün Allah olmaq lazımdır.
Əvvəllər… Səni sevirdim… Bəs sonra?
Nifrət etdim vəhşicəsinə.
Səni görmək istədim, bu qədər nifrətimlə gördüm,
Yenə qəlbimdə sağalmaq üzrə olan bir yaranı qanatdım.
Sənə nifrət edirdim, yenə də narahatdım.
İndi, yoxsan, yox oldun,
Ürəyimdən adını təmizlədim bir anda.
Çoxdan ölmüş sevgini torpağa basdırmayıb, möcüzə gözləyirdim.
Və…Möcüzə olmadı.

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.