Bir yad kimi, sən kənardan elə baxma nolar
Gəl sənə bir şeir deyim həzin həzin aram aram
Uzaq olsan məndən belə xəyalımla sənlə varam
Sənsən sahil mənsə sənə həsət cəkən bir limanam
Ölürəm gəl son anımdı sözlərim var gülüm sənə
Bir yad kimi, sən kənardan elə baxma nolar mənə
Sən bir arzu ürəyimdə yeni yeni cücərlənib boy atmısan
Məni məndən oğurlayıb özlüyümdən sən almısan
Cağırıram səslənirəm söylə sən de harda qalmısan
Sevə sevə həsrət ilə sən verirsən zülüm mənə
Bir yad kimi, sən kənardan elə baxma nolar mənə
Məhəbbətdir bu dünyada dövlət varım cəharətim cəhalətim
İraq dədəmdən anamdan sən qoymusan məni yetim
Dəyanmışam Kəpəz təki daim eşqdə məğrur mətin
Seymur hələm söyləyəcək nələr-nələr nələr sənə
Bir yad kimi, sən kənardan elə baxma nolar mənə
muəllif: Seymur Sönməz