Bu sevgi deyilsə, söylə bəs nədir?
Hər dediyin sözlərində yaşadım,
Səndən qalan izlərində yaşadım,
Mən ki, sənin gözlərində yaşadım,
Bu sevgi deyilsə, söylə bəs nədir?
Həsrət ürəyimdə çəkilməz yükdü,
Bu yükü daşımaq belimi bükdü.
Sənə məhəbbətim məndən böyükdü,
Bu sevgi deyilsə, söylə bəs nədir?
Ayriliq qoxusun duysam da sonda,
Bu hiss hökm eləyir insana canda,
Bir sual yaranir elə bu anda,
Bu sevgi deyilsə, söylə bes nədir?
Sənin yollarinda yolumu azdim,
Qəlbimə kəsdiyim əhdimi pozdum,
Bu gecə səninçün bir şeir yazdim,
"Bu sevgi deyilse, söylə bes nedir?"