Çünki gözlərində,gözüm qalıbdı...

12 Temmuz 2015
2 355
0
Çünki gözlərində,gözüm qalıbdı...
Çünki gözlərində,gözüm qalıbdı...
Çünki gözlərində,gözüm qalıbdı...
Gələcək zamanı bir neçə ilə...
Döyəcək qapını xəlvət ayrılıq.
Nədir ki mənası ? Barışsaq belə,
Bir zaman ömurlük ayrılacıyıq...
Bir vaxt olacağsan özgənin təni.
Mən qəmli olacam, şənlənəcəksən.
Özgəsi alacaq əlimdən səni...
Nişanın olacaq, evlənəcəksən...
O gecə yıxacaq qəlbimi dərdim,
O sənə ən yaxşı gün göstərəcək.
Mən sənə ömrümü hədiyyə verdim.
O sənə qızıldan üzük verəcək...
Cavabsız qoyaraq suallarımı,
Üstəlik körpəsin daşıyacaqsan...
Hər gecə qurduğum xəyallarımı,
Başqa bir insanla yaşayacaqsan...
Açılar ümidsiz,qəmli sabahım.
Bəlkə mənim kimi saralıb,soldun,
Bəlkə də tutmadı heç səni ahım.
Bəlkə bilməy olmaz, bəxtəvər oldun...
Bir ömür yaşayıb,dərdsiz qalasız.
Hələ çox deməyə sözüm qalıbdı...
Amma inanmıram xoşbəxt olasız.
Çünki gözlərində,gözüm qalıbdı...
Çünki gözlərində,gözüm qalıbdı...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.