Gözləmək, gözləyən ilə gözlədən arasında bir bağdır

12 Temmuz 2015
1 110
0
Gözləmək, gözləyən ilə gözlədən arasında bir bağdır
Gözləmək, gözləyən ilə gözlədən arasında bir bağdır
"Gözləmək…" Baxmayın elə səkkiz hərf, üç heca, tək söz olduğuna…
nə mənalar saxlayar içində…
və nə çətin bir sözdür… həm söyləyən… həm də dedirdən üçün…
gözləyən gözləyər, gözlədən gözləyər…

Gözləmək… gözləyərsən əlin telefonda… bir səs, bir nəfəs…
indi deyərsən.. indi… gözləyərsən… gəlməz kədərlənər… gəlir sevinərsən…
bir də qəflətən gələnləri vardır, pat deyə, çalar telefonun.. dünyalar necə sənin olar ki…
gələn onsuz da dünyan deyilmi?…

Gözləmək… gözün yollarda, qapılarda… bəlkə deyərsən, bu yoldan qarşıma çıxar..
bu gün də burdan gedim… gözləyərsən döyülən hər qapı zəngində onu görməyi…
evini dahi bilmədiyi halda gözləyərsən… açarsan, qalarsan eləcə…
və gözləmək çox da hüznlü bir şeirdir…


Gözləmək… bütün mənliyinlə, bütün həsrətinlə…
həsrətlərin həsrətdə… həsrət çəkdirən həsrət deyilmi?…
gözləyərsiniz… bir gün deyərsən.. gələcək… getməyəcək…
o an' ın həyəcanı ilə gözləyərsən… və düşününcə necə də sevinc bürüyər hər yanını….
xəyali belə, belə ikən… özü necə olar deyərsən…
və gözləmək çox da gözəldir gələcək olan üçün…

Gözləmək, gözləməkdir… və gözləmək gözləyən ilə gözlədən arasında bir bağdır əslində…

Bəzən hüzn olar… bəzən sevinc və həyəcan…
qərar sizə qalmışdır… hansını seçsən o mənada gözləyərsən…

Gözləmək, gözləyən ilə gözlədən arasında bir bağdır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.