Tutma artıq əllərimi

14 Temmuz 2015
1 221
0
Tutma artıq əllərimi
Tutma artıq əllərimi
Gözlərim gözlərinə sığınan kimsəsiz bir ölüm qaşların məzar daşım idi... Və təklik ən məchul yalanlarım idi.!. Bu şəhərin bir yerlərində ağlayan bir hüzn vardı boz küçələrdə sevgiyə ac tənha duruşlarım vardı. amağımda yarım bir nəğmə idi yalnızlığım Və sığıncağı olmayan, müdafiəsiz sahibsizliklərim. Ölüm küçələrə sığınan kimsəsiz bir kəpənək idi və yalanlarım kimsəsiz qiyamətlərim idi.

Yaza sitəm edir dəli gəncliyim mühakiməsiz mühakimələr ərəfəsindəki fərari bədbəxtliyim. İndi surətsizliyimə ağlayıram.
Gecəyəmmi gündüzəmmi? Bax belə çöhrəsizəm!
Halbuki ən günahsız sevdaları işləyirəm ürəyimə.


Ah yar! Mən ölümü itirdim; sən ömürünü itirdin. Yazlara qürbətim qarışdı, indi ünvanını itirmiş küçələr kimiyik. Məchullara da düşər yolumuz iki addım kənarda vurular xülyalarımız. İndi köçmən sevdalarda axşamlayıram, durnalarla bərabər tərk edirəm baharları.
Cümlələr məcazları geyinir üzərinə.
Bir an olsun düşmürsən gözlərimdən.
Sərhədləri çəkilmiş ürəyimin halbuki qılıncım çəkilməmiş qınından.
Zəbt edilməyən qala qalmadı onsuz da bu şəhərdə!


Ah yar! İki çıxmaz küçə deyilmi ünvanımız?
İki yoxluq nəğməsi bəm telinə dəyən bir melodiya deyilmi sevdamız?
Əllərin də tərk edir səni ürəyin çöldə bədənin içəridə.
Bağladım mən hüznlərə qapımı.
Yaralı baharlar təqdim edə bilmərəm səni ,balaca, əllərimdən də çirkli bu dünya


Yalanlarım özümə günahlarım özümə çəkirəm cəza; üstəlik bir fanidən ibarət bu dünya. Yatıram boylu boyunca torpağa əcəlim nəfəslənir yanımda.
Gecə düşür içimə fevral dolur ciblərimə sığınmalarım çoxalır özümə
Tutma artıq sən də əllərimi; balaca , əllərimdən də çirkli bu dünya..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.