Səndən Başqa

11 Eylül 2014
1 868
0
Səndən Başqa
Səndən Başqa



Səndən BaşqaGəlin belə başlayaq. Nə siz çox duyğulu bir şey gözləyin məndən, nə də mən sizi kövrəltməyə söz verirəm... Uzun zamandır yazmağı unutduğum kimi, hiss etməyidə o gün buraxmışam. Saxlamışam ya da deyək ki, bacarmamşam... Deyirlər sevgidə bir tərəf həmişə daha çox sevir. Bu mənəmmi? Deyə bilmərəm. Kim arxasına belə baxmadan gedən birinin sevdiyini düşünər ki? Yalnız başa düşən insanlar. Qəlbin qırılmağını, ümidsizliyin dibinə vurmağı yaşamış insanlar...
Səndən Başqa

Səndən BaşqaHər kəsin həyatında var. Yanında olmasa belə içdən-içə sevdiyi insan. Canı yansa canı yandığı, dalğın düşüncələrə qərq olsa özündən qabaq onu fikirləşənlər. Hər səhər ağlına gələn, 7 nömrəni rahatlıqla yığa bildiyi halda "yes" düyməsinə cəsarəti çatmayanlar. Bu duyğunu çoxları bilər. Çünki əksəriyyətimiz sevginin adını başqa şeylər qoyduq, özümüzdə sevgidən soyuduq. Əlini tutduğunuz zaman bütün bədəninizi isidən insan oldumu? Yanınızda nə qədər sevdikləriniz olur olsun, bütün dünyadan təcrid olub sadəcə onun yanında nəfəs almağın belə yetdiyi insan... Hər kəsin varlığını heç edən.

Səndən Başqa

Səndən BaşqaHəm çox yaxınsan ona. Ağrılarını duya bilirsən, əzablarını görə bilirsən. Həm də çox uzaq. Bir daha toxuna bilməyəcək qədər. Baxışlarınız belə toqquşa bilməyəcək. Bir zamanlar gülüşündən belə ilham aldığın, bir sözündən belə mövzu yazdığın insandan məsafəcə nə qədər yaxın olsanda ürəkcə bir o qədər uzaq olmaq.
Səndən Başqa

Səndən BaşqaSoyuqda durmadan qaçan birinə elədə çətin deyildi səndən uzaqlaşmaq. Onda hər şeyi unuda bilirsən, hər şeyi geridə qoya bilirsən və səni nəyin gözlədiyini bilmədiyin anda ona doğru gedə bilirsən. Onda səni dayandıracaq nə svetafor işığı olur, nə də sənin sözlərin... Sadəcə qaçmaq üçün qulağımdakı səsin. Səndən uzaqda olmaq bütün xəyallarından qopmaqdır. Səni sən edən şeylərdən vaz keçməkdir. Dəyər verdiyin hər anı bir göz qırpımında silib atmaqdır. Hisslərini, xatirələrini, həyatda yaşadığın ən dəyərli anlarını.

Səndən Başqa

Səndən BaşqaSəndən ayrılmaq həyatın boşluğuna inanmaqdır. Bir daha hiss etməyi, sevməyi, darıxmağı, istəməyi unutmaqdır. Cəhənnəmi də bu dünyada yaşamaqdır. Sadəcə iki cümlə ilə yekunlaşdırmağa qalsa: Həyatda hər şeyim var, sənin varlığından başqa... Həyatda heç nəyim yoxdur, sənin xatirələrindən başqa...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.