๑۩۩► ┌Allahdan məni Ağrıdan,uzaq etməsini dilədim,O isə "Yox" dedi. Allahım dedi ki, "ağrı, acı insanı dünya Problemlərindən uzaqlaşdırır və Mənə yaxınlaşdırır.►┌๑۩۩
Bizlər daim Allaha dua edərkən ondan sevgi, xoşbəxtlik, səbr, dözüm diləyirik. Daha sonra isə Allahın bizim arzularımızın yerinə yetməsi üçün yaratdığı şəraitə təəccüblənirik...

O dedi ki, qüruru almırlar, ondan imtina etmək lazımdır.

Mən Allahdan yatağa məhkum olunmuş qızımı müalicə etməyi dilədim, Allah isə mənə "yox" dedi. O dedi ki, səbr əziyyətlərin nəticəsidir.
Onu vermirlər, onu qazanmaq lazımdır.

Mən Allahdan mənə xoşbəxtlik nəsib etməsini dilədim, o isə "yox" cavabını verdi. Allahım dedi ki,
"Mən sənə xeyir-dua verirəm", xoşbəxt olub-olmamaq isə sənin öz əlindədir.

Mən Allahdan məni ağrıdan, acıdan uzaq etməsini dilədim, o isə "yox" dedi. Allahım dedi ki, "ağrı, acı insanı dünya problemlərindən uzaqlaşdırır və Mənə yaxınlaşdırır."

MənAllahdan mənim başqalarını onun məni sevdiyi kimi sevməmi dilədim. Allahım dedi:
" Nəhayət ki, sən nəyi diləmək lazım olduğunu bildin".

Mən Allahdan güc istədim, o mənə əziyyət göndərdi ki, mən bir az da möhkəmlənim.

Mən Allahdan müdriklik istədim, o mənə problemlər verdi ki,
mən onlar üzərində düşünüm.

Mən Allahdan cəsarət istədim,
o mənə təhlükə göndərdi.

Mən Allahdan sevgi istədim, o mənə ehtiyacı olanları göndərdi.

Mən səadət istədim, o mənə imkan yaratdı. Mən dilədiyim heç bir şeyi almadım. Mən mənə lazım olanları aldım.

Allah mənim dualarıma diqqət yetirdi.

Xeberimi bawqa saytlardaki hewaratlara halal etmirem!!