Çox gözəl gülə bilən insanlar var, içləri paramparça

02 Ağustos 2015
2 631
0
Çox gözəl gülə bilən insanlar var, içləri paramparça
Çox gözəl gülə bilən insanlar var, içləri paramparça
Çox gözəl gülə bilən insanlar var, içləri paramparça
Get, ən uzağa.. Üzünü, səsini, hər şeyini unutdura biləcək qədər uzağa get.. Sən get, çünki mənim gedəcək gücüm yoxdur..

Bir tək zamanı burax mənə,onun sayəsində sən bir yada çevriləcəksən mənim üçün..Bütün xatirələr itmiş vaxta çevriləcək..Mən həmişə əksik yaşayacağam..Geridə buraxdığın boşluq ən çox gecələr sızlayacaq bir yara kimi..


Gündüzlər hər kəsə qarşı güclü görünərkən , gecələr ən zəif halımı geyinib nəmli gözlərlə baxacağam keçmişə.. Və elə eqoistsən ki, mənim xoşbəxt olduğumu eşitsən daş oturar qəlbinə və xoşbəxt olmarsan..

Bilirəm ki, sən daha getməyə qərar verdiyin ilk an unutmağa başladın məni.. İndi yolda görsən boş gözlərlə baxarsan mənə..Get, başqa həyatları da məh etməyə başla gec olmadan..

Və sonra başa düşərsən, dünyanın mərkəzi etdiyin insanın, zərrə qədər dəyərə layiq olmadığını..

Sənə ən böyük xəyal qırıqlığını ən yaxınındakı insanlar yaşadacaq..



Dinlədiyin mahnı dəyişəndə, hisslərin də dəyişir..

Bağlanmaq qısa vaxt aparar.. Bağlandıqdan sonra uzaqlaşmaq ömrün yarısıdır..

Çox gözəl gülə bilən insanlar var, içləri paramparça..

Gözləmək, qaçmaqdan belə yorucudur..


Bir gün sənə ağlamaqdan vazkeçib başqasına güləcəyəm..

Gedərkən özünə yaxşı bax dedim, başqasına deyil..

Sadəcə mahnılara bağlandığımı zənn etmişdim,

Sonra sən çıxdın qarşıma..
Çox gözəl gülə bilən insanlar var, içləri paramparça
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.