Hər bir insanın özünə görə bir tarixçəsi var, unutmayın...

06 Ağustos 2015
1 133
0
Hər bir insanın özünə görə bir tarixçəsi var, unutmayın...
Hər bir insanın özünə görə bir tarixçəsi var, unutmayın...


- Həmişə uzunqol köynəy geyinən o oğlanı görürsən? Qollarında atasının qoyduğu şramları heç kim görməsin deyə.
- O cırıq şalvar geyinən qızı bəs necə, görürsən? Neçə gündür ki ailəsi yeməyə çörək tapmır, o ki qaldı geyim ala bilsinlər... Sən isə bunu dəb sayırsan...
- Bir o qıza bax... O edilən hər bir zarafata gülür, amma sən nə biləsən ki, o hər gecə valideynsiz olduğuna görə göz yaşı tökür...

-Hələ bu qıza bir bax... Bax bax, yaxşı bax...Bilirsən niyə hələ də o bir rəfiqəsini belə evlərinə qonaq çağırmayıb?? Anasını döyən alkaş atasını heç kim görməsin deyə...
- Sinifdə gizlincə ev tapşırığını edən o şagirdə bax... Gecə dostu intihar etməsin deyə, səhərəcən onunla danışıb...Sən isə elə düşünürsən ki, savadsız,
tənbəlin biridi...

#Bu həyatda heç kimi tanımadan mühakimə etməyin...
Kim bilir kimin içində nədir? Kim nələr çəkir?
Hər bir insanın özünə görə bir tarixçəsi var, unutmayın...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.