Hazır ol hər sona

12 Ağustos 2015
1 216
0
Hazır ol hər sona
Hazır ol hər sona
Hazır ol hər sona

Heç sevməyəcəyəm demə. Sən sən ol, sevməkdən əsla əl çəkmə...
Qovalayanlarin qabağından əsla ürkək dovşan kimi qaçma. Bil ki, yenə tutacaqlar...
Xain əllər bir gün gəlib ürəyini yerindən söküb, heç kimin tapa bilməyəcəyi yerə atarsa, doğan hər gündə bir ümid tap və davam et yoluna...
Mənfəətsiz sev, sevərkən də əsla qarşılıq gözləmə. Bil ki, hər sevdiyin insan səni sevməyəcək, hər səni sevəni də sən sevməyəcəksən...

Hazır ol hər sona
Hazır ol hər sona

Hazırlıqlı ol hər sona. Sonları gördüyün an, xətt çək keçmişə... Amma təcrübələrini əsla unutma...
Hər yeni başlanğıcda keçmişdən qalmış bir an var. Anlardan dərs çıxar və xətalarını təkrar etmə!
Hər şeyi sil, başdan yenidən başla. Unutma arada məğlubiyyətlər də qazancdır...
Uduzmaqdan qorxduğun üçün əsla qol gücündən istifadə etmə. Burax hər şey olduğu kimi qalsın...

Hazır ol hər sona
Hazır ol hər sona

Hər şeyi yerində buraxarkən, bil ki, səni ən son xoşbəxt edəcək olan şey, əlində olan hər şeyi etdiyin halda düzəlməsə də, sərfetdiyin gücə peşiman olma...
Bəzən düşündüyün olur : mən edərkən, niyə alınmadı, harda xəta etdim?! Hər zaman günah səndə olmaya bilər, bunu unutma..

Hazır ol hər sona
Hazır ol hər sona

Gücünün çatdığı qədər sevgi dağıt. Unutma ki, dağıtdığın sevgi, sonunda özünə qayıdacaq...
Bilsən ki, hər yanın qiymət bilməyənlərlə dolu, bilsən ki, adın dillərdə, qeybətçilər üçün yem olmuş, yenə də əl çəkmə bildiyin doğrudan. Çünki bəzən sənin bildiyin doğru, başqasına yalnış gəlsə də, o doğru, yenə sənin doğrundur. Bəlkə də həyatda sənin olan tək şey O-dur!
Yıxılma hər şeyə baxmayaraq. Gözlərindən qan damlasa da bəzən, пїЅdəyər yaşamağaпїЅ de, və davam et hər şeyə. Şillə vursa da tale belinə, bükülmə. VARAM MƏN!- de yenə, həm də ölümünə!

Hazır ol hər sona
Hazır ol hər sona
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.