Acı bir xatirə

18 Eylül 2014
1 682
0
Acı bir xatirə
Acı bir xatirə


Onu ilk dəfə görəndə heç nə diqqətimi cəlb etməmişdi onda, bircə gözləri çox xoşuma gəlmişdi. Bir neçə gün keçdi, əvvəl çəkinirdim onunla danışmağa, amma indi söhbətləşirdik tez-tez. Gündüzlər gəzirdik hər yeri, amma tək deyildik, yanımızda həmişə “özümüzünkülər” olurdu. O qədər adamın içində belə hiss edirdim ona olan yaxınlığımı, artıq yavaş-yavaş başa düşürdüm bu yaxınlığın sevgiyə dönüşdüyünü. Bütün gün gəzib axşamlar isə evdə qorxulu filmləri seyr edirdik. Çox qorxurdu filmləri seyr edərkən, ya da mən onun qorxduğunu sanırdım. Yaxşı yadımdadı, bir dəfə yenə axşam uşaqlarla birlikdə qorxulu film seyr etməyi planlaşdırmışdıq. Hətta hansı filmi istədiyini soruşmuşdum ondan, o, isə cavabında ürəyin hansını istiyir onu götür demişdi. Evləri bizim evdən 5 dəqiqə məsafədə idi. Söz vermişdim ki, sən gəlmədən filmi başlatmayacam. Bu bəlkə də onunla birlikdə seyr etdiyim sonuncu film olacaqdı. Çünki, sabahkı gün o, ailəsi ilə birlikdə Bakıya qayıtmalı idi. Onun gəlməsini gözlədim, gecikirdi. Uşaqlar isə təkidlə filmi başlatmağımı istəyirdilər. Axırda əlacsız qalıb filmi başlatmalı oldum. Filmi seyr edirmiş kimi görünsəm də, fikrim onun yanında idi. “Görəsən niyə gecikdi?” sualını dəfələrlə öz-özümə verdim. Filmin başlamasından təxminən 15-20 dəqiqə keçmişdi ki, gəldi. Onu gözləməmişdim, sözümə əməl etməmişdim. Mənə zillənmiş baxışları qarşısında günahkar hiss etdim özümü. O isə baxışları ilə sanki “səni bağışlamayacağam” deyirmiş kimi son dəfə mənə baxdı və getdi. O an onun ardınca getmək istədim, lakin bizimkilərin nə fikirləşəcəyini yaxşı bilirdim. Buna görə də bir qədər gözlədim. Bir neçə dəqiqədən sonra aşağı düşüb onu axtarmağa başladım. Həyətdə hər yerə baxdım, onu tapa bilmədim. Evlərinə gedə bilməzdim. Nə deyəcəkdim? “Qaranlıqdır deyə bəlkə yaxşı görməmişəm” deyə bir də axtarmağa başladım. Bu dəfə də onu tapa bilmədim. Artıq evlərinə getdiyini düşünürdüm ki, birdən onu gördüm. Həyətin həmin hissəsi qaranlıq olduğundan orda olacağını fikirləşməmişdim. Yaxınlaşdım, gözlərinə baxdım.Vaxtında gəlmədiyini deyərək özümə haqq qazandırdım. O an gözlərinin dolduğunu gördüm. “Sən get kinoya bax, vaxt itirmə” deyərək məndən uzaqlaşmaq istədi. Həmin an göz yaşlarından və dediyi sözdən nə etmək istədiyini başa düşdüm. Bu iki silahdan çox məharətlə istifadə etmişdi. Bununla belə özümü saxlaya bilmədim. Ona “Kino həmişə var, ona hər vaxt baxa bilərəm, bəs sən? Sən həmişə yanımda olmayassan” dedim. Və o an gözlərindəki təbəssümü gördüm. Bu təbəssümümün altında gizli bir kinayə yatırdı. Bu təbəssümlə sanki o, öz məqsədinə çatdığını bildirirdi. Mən isə bunu bilə-bilə özümü aldadırdım. Sehr dolu gözəl gözlərini seyr etməkdən doymurdum.

Onda bilmirdim, bir gün o gözləri unutmaq üçün günlərlə əzab çəkəcəyimi...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.