Məndən məhəbbət istə,verim məhəbbət sənə..

13 Ekim 2015
3 289
2
Məndən məhəbbət istə,verim məhəbbət sənə..
Məndən məhəbbət istə,verim məhəbbət sənə..

Məndən məhəbbət istə,verim məhəbbət sənə..
Demə nəyin varındı,demə nəyin yoxundu
Sevməyə ürəyim var,oda varım yoxumdu
Neynirəm cəh cəlalət,söylə bu nə sorğudu
Varım yoxdu kasıbam ,ağız büzürsən mənə

Məndən məhəbbət istə,verim məhəbbət sənə
Məndən məhəbbət istə,verim məhəbbət sənə..
Bəhanələr gətirmə,gəl nöqsanlar gəzmə sən
Xəyalımda hər zaman əlçatmaz bir pilləsən
Bilməyirəm nə olub axı niyə beləsən
Nə hə deyib nədəki ,yox söyləyirsən mənə

Məndən məhəbbət istə,verim məhəbbət sənə
Məndən məhəbbət istə,verim məhəbbət sənə..
Varlığın bir yaşamdı,yoxluğun qara məzar
Könlüm səni istiyər,könlüm səni arzular,
Qoyma həsrət dağ cəksin,hiçranın versin qubar
Nə deyirsən deginən,ayrılığ demə mənə

Məndən məhəbbət istə,verim məhəbbət sənə
Məndən məhəbbət istə,verim məhəbbət sənə..
Seymurun ürəyində coşub daşan ceşməsən
Canını qurban edər əgər ondan istəsən
Ay zalımın balası axı sən könlümdəsən
Dilə diləyimdəsən,hərdən səndə de mənə

Məndən məhəbbət istə,verim məhəbbət sənə..
Məndən məhəbbət istə,verim məhəbbət sənə..


Müəllif : SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Eylül
    Beyemdim. Yazan elleriniz var olsun. Redakte eladi. Təşəkkürlər
  2. AleDa
    • AleDa
    • 13 Ekim 2015 10:47
    Menalı sozlerı var. Adı daha cox dıqqetımı cekdı. Ellerınıze ureyınıze saglıq.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.