Gəlsən sadəcə özünü gətir mənə

18 Eylül 2014
1 355
0
Gəlsən sadəcə özünü gətir mənə
Gəlsən sadəcə özünü gətir mənə


Gəlsən işıltılı baxışlarınla gəlməlisən və xoşbəxtliyi asmalısan çiynimə.
Baxışlarınla qan tökməməlisən.
Kindən, nifrətdən, hər cürə pislikdən təmizlənərək çıxmalısan yola.
Həyatı daşıyacaq qədər ürəkli olmalı kiçik barmaqların,
Ovuclarının içi isə həmişə nəm olmalıdır.

Gəlsən gözlərini gətirməlisən, içində baxmağa doya bilməyəcəyim ümid dolu göz bəbəklərini də almalısan yanına.

Bir ceyranı belə qısqandıracaq o möhtəşəm yerişinlə gəlməlisən mənə.
Ürək titrədən gülüşlərini də almalısan yanına və axmalısan ürəyimə daha ilk “sabahın xeyir” demək üçün hazırlaşdığım vaxtda.

Ardında buraxdığın sözlərin, kəlimələrin hamısını silərək hafizəndən, o öpməyə qıya bilmədiyim dodaqlarınla gəlməlisən.

Günəşi gətirməlisən gələrkən,
Qaranlıqların üzərinə çıxmalıyıq səninlə və içimizə basırmalıyıq qaranlığı.

Həyatla başa çıxa biləcək qədər sərt, ən kiçik qıralmada parçalanacaq qədər yumşaq bir ürəklə gəlməlisən mənə əgər gəlsən.

Kiçicik hekayələrinlə gəlməlisən, bir pişik qədər səssiz, bir pələng qədər yırtıcı olmalısan yola çıxdığın andan etibarən.

Səni dinləmək həzzini də gətirməlisən mənə,
Dodaqlarından tökülən hər kəliməni, sözü içməliyəm doya-doya.

Gül ətirli saçlarınla gəl, əgər gəlsən və içindən topladığın çiçəklərini ver mənə.

Ürəyindən səssizcə süzülən damlaları gətir mənə, utancaqlıqlarını, dəliliklərini də yanına yoldaş edərək.

Amma nəysə sən məni vecinə alma.
Unut yuxarıda istədiklərimin hamısını.


“Gəlsən Sadəcə Özünü Gətir Mənə.”


Bəs sizin yolunu gözlədiyiniz kimsə varmı?

Gələrkən nəyi və ya nələri gətirməyini istəyərdiniz sizə?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.