- Sən Mənim `Həyatim` İdin !

24 Ekim 2015
2 592
3
- Sən Mənim `Həyatim` İdin !


Sonunun gəlməsindən qorxduğum romanın sonunu özüm gətirdim. Oxuyarkən suallarla başlayan, vergüllərlə davam edən, nöqtəsini isə özüm gətirdiyim əsər idin. Könül evimin ta başında durarkən indi isə səni o evin qapısının kəndarında görürəm.

Ən yüksəkdə ikən ən aşağılara enməyi sən seçdin. Bunu necə bacardın bilmirəm. Sən...bir zaman gəzdiyin torpaqda yeriyən mən. İndi isə o yerlərdə sürünən sən.

Bir vaxtlar o gözlərdə ölüm belə şirin ikən, indi şirin olan həyatda mənasızdı. Düşünürəm də Sənmiydin məni incidən, yoxsa mənəm özümü incidən. Sənmiydin məni həyatdan bezdirən, yoxsa mənmiydim mənasız həyatdan getmək üçün səni bəhanə edən. Sənmiydin mənə dünyanı ağ-qara görsədən, yoxsa mənmiydim rəngli dünyanı ağ-qara görən. Sənmiydin gündüzlərimi gecə eyləyən, yoxsa mənmiydim gecələri sevdiyim üçün gündüzləri görməyən. Bilmirəm sənmiydin, yoxsa mən, mənə hər şeydən əl üzdürəN

Amma çox sağ ol, sağ ol ki, sən içimdəki səni məndəndə tez öldürdün. Və səndən son istəyim geriyə dönmə, mənim üçün ölmüsən bir daha ölmə. Ah bilirsən canım mənim böyük sevgim o sənlik deyil, sənin kimisini bağışlamaq buda mənlik deyil. Sonda sən yoxluğunda var olan, varlığında unudulan biri idin. Yaxşı ki, həyatımdan gec olmadan getdin..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Laura
    • Laura
    • 24 Ekim 2015 19:55
    Bir vaxtlar o gözlərdə ölüm belə şirin ikən, indi şirin olan həyatda mənasızdı.


    Vayyy Vayyy sözlərə baxx ( Əllərinə salıq yaram tazelendi 51


  2. AleDa
    • AleDa
    • 24 Ekim 2015 11:50
    Sənmiydin məni həyatdan bezdirən, yoxsa mənmiydim mənasız həyatdan getmək üçün səni bəhanə edən.

    Cox gozel sozlerdı.. Bu hıssesını cox beyendım.. Ellersıne saglıq
  3. -Aydan-
    Sonda sən yoxluğunda var olan, varlığında unudulan biri idin. Yaxşı ki, həyatımdan gec olmadan getdin..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.