Adsız HisLər

24 Ekim 2015
2 082
1
Adsız HisLər
Adsız HisLər

Adsız HisLər

Adsız HisLərKeçirtdiyin hissləri ifadə etmək çətin olur bəzən. Söz tapa bilməmək cümlələri bir birinə mənalı şəkildə bağlamamaq... Ya da saatlarla düşünüb, heç nə yaza bilmədiyin ağ vərəqə baxmaq.

Adsız HisLərYağış, qar yağanda evdən çıxıb saatlarla gəzmək istədiyin halda, sadəcə pəncərədən baxmaq. Çox darıxdığında qürurunu bir daha sındırıb yenə O"na zəng edib, "nömrə işləmir" deyən operatorun eşitmək istəmədiyin səs tonunu eşitmək...

Adsız HisLərNə istədiyini bilməmək, axtardığın nüansları ətrafında tapa bilməmək, hər gün üzünə gülüb səndən "Dost" kəliməsini qazanmağa çalışan, amma özünün "yaxşı"olması üçün səni pisləyən insanlarla eyni yerdə işləmək...

Adsız HisLərHər ay maaşını almaq üçün bəlkədə səndən pislərdən asılı olmaq... Yaxşı olmağa çalışdıqca, səni heç tanımayan birilərinin əqidəsiz şərhlərini başqalarından eşitmək...Amma yenədə susmaq...Susmaq... "Susmaq qızıldır" kəliməsi ilə böyüdüyümüz üçün yenə danışmamaq... Yaxın insanlara arzuları söylədiyin zaman"qəh-qəhə" ilə sənin sözlərinə gülmələrindən cəmiyyətə yaranan nifrətin, qalbindəkiləri dostun olmadığı üçün heç kəsə paylaşa bilmədən gizlətməyin, nifrətini, illərdir bəslədiyin kini daxilində bir çiçək kimi böyütməyin....

Adsız HisLərHər dinlədiyin musiqini öz yaşadıqlarına həsr etmətin, sanki bəstəkar sənə yazmış kimi düşünməyin....
Qəlbində o qədər ağrılı hisslər varki sanki şaxtalı havada dərindən nəfəs alsan onları məhv edə biləcəyini düşünmək...


Adsız HisLərVə bir gün öləcəyini düşünmək, ölümününn necə olacağının marağı, ilə yaşamaq...bir gün hər zaman aktiv olan nömrənə artıq heç zəng çatmayacaq...
"Və budur həyat,sən hələ zaman var deyə düşünürsən...Amma nələrçünsə indi hərəkətə keçməlisən.."


Adsız HisLərAdsız HisLər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Çox saqol redakte qeşey olub) love
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.